SON DƏQİQƏ

PressDent.Info

Bərzaninin adamı Türkiyə ilə birləşmək təklifi verdi

Bərzaninin adamı Türkiyə ilə birləşmək təklifi verdi
21-10-2017, 13:33 14268 dəfə baxılıb

Kәrkükdә bir gündәcә mәğlub olan Bәrzani hökumәti Haşdi Şabi döyüşçülәri vә İraq ordusunun Әrbil istiqamәtindәki әmәliyyatın başlanması ilә daha da küncәsıxılıb. Şimali İraq hökumәtinin bir çıxış yolu axtardığı bir vaxtda Bәrzaninin kanalı Rudavdan qәribә bir tәklif gәlib.

Türkiyәnin şәrqini Kürdüstan xәritәsinәqatdığı üçün Türkiyәdә peykdәn çıxarılan Rudavın Vaşinqton nümayәndәsi Namo Abdulla tvitter hesabından paylaşdığı mesajında Şimali İraqın qarşısındakı әn yaxşı seçimin Türkiyәyә birlәşmәk olduğunu bildirib. O, bildirib ki, “әgәӘrdoğan kürd mәsәlәsini hәll etmәkdә ciddidirsәәn yaxşı seçim Türkiyә ilә müstәqil Kürdüstanın konfederasiya formasında birlәşmәsidir. Neftlә zәngin Kürdüstan ilә birlikdәkonfederasiyada olmaq Әrdoğanın bölgәdә super güc olmaq iddiasına da kömәk edәcәk.” Qeyd edәk ki, Abdulla Namo paylaşdığı statusa Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın rәsmi sәhifәsini dә etiketlәyib. Bu status PKK-nın tvitterdәki tәrәfdaşlarının sәrt reaksiyasına sәbәb olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ