SON DƏQİQƏ

PressDent.Info

Cəbhəçi fəal necə həbs edildiyini vəkilinə danışdı

Cəbhəçi fəal necə həbs edildiyini vəkilinə danışdı
10-10-2017, 21:00 10179 dəfə baxılıb

AXCP Binəqədi rayon şöbəsinin üzvü, Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqdən öncə saxlanılaraq 25 sutka həbs cəzası alımış Ramid Nağıyev bu gün vəkili Yalçın İmanovla görüşüb. Bu haqda “Azadliq.info”ya məlumat verən vəkil bildirib ki, gənc fəal ona necə həbs olunduğunu ətraflı danışıb.

R.Nağıyev vəkilinə deyib ki, oktyabrın 3-də saat 12 radələrində zəng edib, onu Binəqədi rayonu, 6-cı polis bölməsinə çağırıblar. O da həmin gün bölməyə gedib vəaxşam saat 16.00-a qədər orada saxlanılıb. Cəbhəçi fəalın sözlərinə görə, orada onun şəklini çəkiblər, əl-barmaq izlərini götürüblər, ailə üzvləri, qohumları haqda məlumatlar alıb buraxıblar. Oktyabrın 4-də səhər saatlarında yenə zəng gəlib. Zəng edən şəxs özünü bölmənin əməkdaşı İlkin kimi təqdim edərək, onu yenə çağırıb. O da öz növbəsində işə gecikdiyini deyib.

“Polis bildirdi ki, guya bir gün əvvəl götürüləəl izlərim yaxşı düşməyib, ona görəyenidən götürəcəklər, on dəqiqəlik işdir. Zəng eləyən polis dedi ki, hardasansa, özüm gəlim ora. Danışdıq ki, Biləcəridəki polis məntəqəsinin qarşısında görüşək. Elə ora çatanda gördüm ki, iki maşından 6 nəfər düşdü. Onlardan beşi mülki geyimli, biri polis formasında idi. Məni zorla maşına basıb 6-cı polis bölməsinə gətirdilər. Orada barəmdəsaxta protokol tərtib elədilər ki, guya yüksək səslə telefonla danışanda söyüş söymüşəm, məni intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışam. Mən protokola imza atmadım. Məni Binəqədi rayon məhkəməsinə gətirib, 25 sutka həbs haqda qərar aldılar”, – Ramid Nağıyev vəkilinə belə deyib.

Hazırda Binəqədi rayonunda inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada olan Ramid Nağıyev onu da bildirib ki, məntəqədə iki nəfərlik kamerada 4 nəfərdilər: “Televizor yoxdur, yeməklər keyfiyyətsiz və zəifdir. Gündəlik hava gəzintisi norması 3 saat olsa da,  cəmi 10-12 dəqiqə havada qalmağa icazə verilir”.

Yalçın İmanov Ramid Nağıyevin həbsi haqda Binəqədi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ