SON DƏQİQƏ

PressDent.Info

AKP bütün qapılardan əliboş döndü- erkən seçki qətiləşdi

AKP bütün qapılardan əliboş döndü- erkən seçki qətiləşdi
17-08-2015, 23:44 23953 dəfə baxılıb

Hökumət qurulması görəvini həyata keçirən Türkiyənin baş naziri Ahmet Davutoğlunun Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli ilə koalisiya danışıqları nəticəsiz qalıb.
Baş nazir Davutoğlu görüşdən sonrakı açıqlamasında Bahçelinin AKP ilə koalisiyanı uyğun görmədiyini və AKP sədri olaraq bu addımı anlayışla qarşıladığını deyib: “Görüşümüz səmimi bir ortamda keçdi. Öncə hökumətin milli təhlükəsizlik məsələləri üzrə atdığı addımlar haqqında bilgi paylaşımı oldu. Daha sonra isə Devlet Bahçelinin koalisiya ilə bağlı fikirlərini dinlədik. O, AKP ilə koalisiyonun MHP üçün uyğun olmadığını bildirdi. MHP liderinə bu fikrini sayğı ilə qarşıladığımı söylədim. Devlet Bahçeli erkən seçki məsələsində tutacaqları mövqeni də açıqladı. Partiya məsələ ilə bağlı parlament müzakirələrinə qatılacaq, ancaq səs vermə prosesində iştirak etməyəcək”.
Baş nazir deyib ki, bununla da həm CHP, həm MHP ilə koalisyon ortaqlığı məsələsi qapanıb:“Görüş haqqında partiya yoldaşlarıma, daha sonra prezidentə açıqlama verəcəyəm. Bundan sonra hansı addımlar atılacağı qərarlaşdırılacaq”.
Qəzetçilərin “hökumət qurmaq məsələsinin başqa bir şəxsə verilməsi mümkündürmü” sualına Davutoğlu belə cavab verib: “İyunun 9-dan bu yana koalisyon hökumət qurulması üçün bütün mümkün variantları sınadım, ancaq nəticə əldə edilməsi mümkün olmadı. Hər kəsə sayğım sonsuzdur. Prezidentlə bu məsələni də müzakirə edəcəyik. Gərək olursa, hökumət qurmaq vəzifəsini başqa şəxsə verə bilərəm”.
Davutoğlu-Bahçeli danışıqları 2 saat yarım davam edib. Görüş Bahçelinin Türkiyə Böyük Millət Məclisi binasındakı kabinetində baş tutub. Baş nazir Ahmet Davutoğlu Bahçelinin kabinetinə Çalışma və sosial müdafiə naziri Faruk Çəliklə gəlib. Bahçeli isə AKP təmsilçilərini müavini Semih Yalçınla bərabər qarşılayıb.
Baş nazir Davutoğlundan sonra MHP lideri də media qarşısına çıxıb: “Biz seçki ilə bağlı 4 şərt isrəli sürmüş, bu haqda seçkidən dərhal sonra xalqa açıqlama vermişdik. AKP bu şərtləri qəbul etmir. Bu səbəbdən AKP ilə koalisyon hökumət qurulması üçün gərəkli zəmin yaranmadı, siyasi anlaşma mümkün olmadı. Erkən seçki keçiriləcək. Ana Yasanın 116-cı maddəsinə əsasən indiki hökumət buraxılacaq və prezident müvəqqəti hökumət quracaq. Milliyətçi Hərəkat Partiyası bu prosesdə iştirak etməyəcək, partiya üzvlərindən heç kim müvəqqəti hökumətin üzvü olmayacaq”.
 
Aygün Muradxanlı, musavat.com

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ