SON DƏQİQƏ

PressDent.Info

Xalq mitinqdə nələri tələb etdi?

Xalq mitinqdə nələri tələb etdi?
25-09-2017, 12:54 4176 dəfə baxılıb

Milli Şuranın 23 sentyabr mitinqinin qətnaməsi

Azərbaycan hakimiyyəti iri miqyaslı korrupsiya əməliyyatı ilə dünyanın gündəmindədir. Araşdırmalar üzə çıxarıb ki, təkcə 2 ilin içində – 2012-14-cü illərdə və təkcə bir bank üzərindən ölkədən 2.9 milyard dollar vəsait çıxarılıb. Bu vəsaitin bir hissəsi xarici ölkələrin siyasət və ictimaiyyət adamlarına Azərbaycan hakimiyyətinin seçki saxtakarlığı, siyasi motivli həbslər və s. kimi neqativ hərəkətlərini pərdələmələri üçün rüşvət olaraq verilib. Qalan böyük hissəsi isə Əliyevlər ailəsinə bağlı ofşor şirkətlərəköçürülüb. Bu korrupsiya əməliyyatı 16 mindən çox köçürmə sənədləri ilə təsdiq olunur.

24 illik Əliyevlər hakimiyyəti dünyada korrupsiya çempionu kimi ad çıxarıb və dəlil-sübutla ifşa edilən bu axırıncı fakt onun xalqdan oğurladıqlarının kiçik bir hissəsidir. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan hakimiyyətinin bulaşıq olduğu korrupsiya faktlarına görə cinayət işləri başlanıb, təhqiqatlar gedir, istefalar qeydəalınır.

Təəssüf ki, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq vəməhkəmələr siyasi hakimiyyətin əlavəsinə çevrildiyi üçün üzə çıxarılan bu aşkar faktlara görə Azərbaycanın özündə hər hansı rəsmi araşdırma aparılmır. Siyasi hakimiyyət bu cinayəti yalnız ənənəvi qaragüruhçuluqla üzərindən atmağa çalışır, ölkəbaşçısı isə bu barədə ümumiyyətlə açıqlama verməyi özünə borc bilməyib.

Milli Şuranın 23 sentyabr 2017-ci il tarixli mitinqi bütün dünyaya səs salan bu sonuncu korrupsiya faktına görə təşkil olunmaqla, həm də bütövlükdə 24 ildir ölkədə davam edən talan və yalan siyasətinə, hüquq və azadlıqların pozulmasına, insanların siyasi motivlərlə həbsinə etiraz məqsədi daşıyır.

Milli Şura mitinqdə səslənən fikirləri də nəzərə almaqla, iştirakçılar adından tələb edir.

1. Beynəlxalq araşdırmaçı jurnalistlərin üzə çıxardığı 2.9 milyard dollarlıq korrupsiya əməliyyatı ilə bağlı Azərbaycanda rəsmi təhqiqat başlansın, fakt üzrə cinayət işi açılsın;

2. Bu korrupsiya əməliyyatında adı keçən Azərbaycan rəsmiləri, hüquqi və fiziki şəxsləri kimliyindən asılı olmayaraq qanun qarşısında məsuliyyətə cəlb olunsun;

3. Azərbaycan xalqına məxsus oğurlanmış sərvətlərin geri qaytarılması üçün tədbirlər görülsün;

4. Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına, siyasi motivli həbslərəson qoyulsun, bütün siyasi məhbuslar təcili olaraq azad edilsin;

5. Ölkədə yubanmadan real iqtisadi və siyasi islahatlara başlanılsın;

6. Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya Sazişi imzalansın.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ