SON DƏQİQƏ

PressDent.Info

Hacı Sərdarın apelyasiya şikayəti təmin olunmadı

Hacı Sərdarın apelyasiya şikayəti təmin olunmadı
25-09-2017, 12:07 5394 dəfə baxılıb

“Hacı Sərdar Babayevin barəsində olan hökmə sentyabrın 25-də Şirvan Apelyasiya Məhkəməsində baxıldı və qüvvədə qaldı. Məhkəməyə gedən yolu polislər bağlamışdı, gələnlər məhkəməyə buraxılmadı. Şeyx ona dəstək verənlərə təşəkkürünü bildirdi”. Bunu Hacı Sərdar Babayevin vəkili Cavad Cavadlı Facebook statusunda yazıb.

 

“Maide.az” saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayev bu il fevralın 22-də həbs olunub. Onun barəsində əvvəlcə 37 gün həbs qətimkan tədbiri seçilib. Sonra onun barəsində Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) cinayət işi başlanıb. Masallı Rayon Məhkəməsinin hökmü ilə bu il iyulun 3-də Sərdar Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ