SON DƏQİQƏ

PressDent.Info

Holland mətbuatı: Əliyevlərin korrupsiyası Avropanın bünövrəsin dağıdır

Holland mətbuatı: Əliyevlərin korrupsiyası Avropanın bünövrəsin dağıdır
21-09-2017, 20:38 4524 dəfə baxılıb

Niderlandın (Hollandiya) AD (Algemeen Dagblad) qəzeti Azərbaycan hakimiyyətinin ifşa edilmiş 3 milyardlıq korrupsiya əməliyyatı barədə yazıb. Yazıda Azərbaycan “pul yuyan maşınının” Avropanın fundamentini necə dağıtmasından bəhs olunur. Yazını təqdim edirik:

Belçika, Bolqarıstan, Sloveniya və İtaliyanın satın alınmış siyasiləri aldıqları rüşvətin müqabilində Azərbaycanı insan haqlarına hörmət edən ölkə kimi təsvir edirlər. Eyni zamanda keçmiş sovet respublikasında korrupsiyadan söhbət gedəndə həmən siyasilər ağızlarını bağlayırlar. Siyasilərin satınalınma işi koridorlarda Azərbaycan laundromatı – Azərbaycanın pulyuyan maşını adlandırılır.

İndiyə kimi bu olay ən çox AŞPA-nı vurub. AŞPA insan hüquqlarını müdafiə edən bir təşkilat olaraq Avropanın 47 üzv dövlətində demokratiya və hüquqi dövlət məsələlərinə nəzarəti həyata keçirir. Keçən həftə bu qurumun üzvlərdən biri – belçikalı liberal Alain Destexhe ondan istefa verib. Məlum olun ki, onun rəhbərlik etdiyi təşkilat Azərbaycanda keçirilən seçkilərlə bağlı pozitiv raportlar istehsal etməklə məşğul olub.

Həmən təşkilat həm də Bakıdan pullar alıb. Daha əvvəl isə italiyalı millət vəkili Luca Volonte hədəfə gəlmişdi. Öz ölkəsində korrupsiya və çirkli pulyuma əməliyyatına görətəqib edilən Volonte AŞPA-da ən böyük fraksiyalardan birinin – xristiandemokratların sədri idi. O, həm də Azərbaycan üzrə məruzəçi idi. Volonte artıq təsdiq edib ki, “siyasi məsləhətlərə” görə Avropa Şurasının üzvü olan bir azərbaycanlı deputatdan 2,3 milyon avro almışdır.

Bundan əlavə, AŞPA-nın ispaniyalı həmsədri Pedro Aqramunt da diqqət mərkəzindədir. O, da Azərbaycan haqqında müsbət rəy yazmış və rusiyalılar tərəfindən Suriya prezidenti Əsədlə mübahisəli bir ziyafətə dəvət edilib. Bunlardan sonra Aqramunt xristian-demokratlar fraksiyasından uzaqlaşdırılıb. O, artıq Avropa Şurasında görünmür. Xristian-Demokratlar Partiyasından Niderland parlamentin 2-ci palatasının üzvü Pieter Omtzigtin sözlərinə görə Aqramuntun yalnız adı sədr kimi gedir.

AŞPA-da təmsil olunan Omtzigtin sözlərinə görə Avropa Şurasında vüsət alan böyük miqyaslı korrupsiya Avropanın təməl prinsiplərini dağıdır: “Demokratiya və insan hüquqları strukturları ciddi şəkildə ziyan çəkib”. AŞPA-da üzvlərə nəzarət məxanizmin zəifliyini dilə gətirən Omtzigtin bildirib ki, bunun nəticəsində AŞPA-nın bir sıra keçmiş üzvləri Azərbaycandan yüz minlərlə dollar rüşvət alması haqqında faktlar ortaya çıxıb.

Ümumilikdə isə Azərbaycandan axan korrupsiyanın həcmi 2,9 milyard dollar təşkil edir. Bu məbləğ ofşor şirkətlər vasitəsilə siyasətçilərə, lobbiçilərə, deputatlara vəhəmçinin bir sıra Niderland şirkətlərinə qədər ötürülüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ