SON DƏQİQƏ

PressDent.Info

Sərkisyan “Lazım”ı necə səslədi?

Sərkisyan “Lazım”ı necə səslədi?
20-09-2017, 13:21 5742 dəfə baxılıb

Yaxud, işğalçının işğala məruz qalana mesajı

Uzun illərdi aparılan sülh danışıqlarının Qarabağın qara bağının çözülməsinə xidmət etmədiyi aydın görünür. Amma rəsmi təbliğat 25 ildir ki, tərəflər arasındakı bütün görüşləri “növbəti uğur” kimi təqdim edir və hər dəfə qapaqdan “bəxtinizi bir daha sınayın” çıxır. İnsafən, Qarabağı Ermənistana bahalı hədiyyə kimi bağışlayan Rusiya da öz xislətini, məqsədini gizlətmir. Fürsət düşən kimi “biz ermənipərəstik”, “biz erməniləri birmanalı şəkildə dəstəkləyirik” mesajı verirlər. Təbii ki, “Dostluq” ordeni gəzdirən səlahiyyətlilər bu mesajları görməzdən gəlir və sülh danışıqlarının potensialının tükənmədiyini söyləyirlər. Və hər dəfə “Lazım”ın rezervdə olduğunu, əmr verilən kimi hücuma keçəcəyini tirajlayırlar.
Amma bu dəfə məsələ daha birmənalı şəkil aldı. Ermənistanın prezidenti Sərkisyan BMT tribunasından bülübül kimi cəh-cəh vurmağa başladı. Bəli, Sərkisyan dedi ki, Ermənistan Qarabağ ermənilərinin öz müqəddəratlarını həll etmək istəyini dəstəkləyir. Ermənistan prezidenti onu da bildirdi ki,Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq. Hətta iddia etdi ki, DQR indiki statusdan aşağı heç bir statusa layiq deyil.
Təbii ki, Sərkisyanın bu qədər iddialı danışması “qüdrətli Ermənistan” faktıyla bağlı deyil. Əvvəla, Sərkisyan əmindir ki, arxasında Rusiya boyda atası var və bu ata övladını çiyinlərində saxlayacaq. İkincisi, başa düşür ki, Azərbaycan hakimiyyətinin prioritetləri arasında Qarabağ birinci-ikinci yerləri tutmur. Hökumət bütün gücünü alternativ fikri susdurmağa, hakimiyyət kürsüsünü qorumağa və demokratiyadan qaçışın yeni növlərini tapmağa sərf edir. Digər tərəfdən son dönəmlər baş verənlər də Azərbaycan hökumətini ağır faktlar qarşısında qoyub və hökumətin “nüfuz şarı” boşalmağa başalyıb. Bütün bunlar ümumilkdə Qarabağa yaxınlaşmağa deyil, məsafəni uzatmağa xidmət edir.
Bir sözlə, Sərkisyan işğalçı olduğu halda beynəlxalq tribunadan işğala məruz qalanı ittiham etməkdən çəkinmədi. Eyni zamanda bugünə qədər aparılan və bundan sonra aparılacaq danışıqların da “romantik dilaoq”dan başqa bir şey olmadığını xatırlatdı. Yəni, Elmar Məmmədyarovun substantiv- mubstantiv danışıqlarının da “ölmüş ümid” olduğunu yada saldı.
Amma ən əsası budur ki, Sərkisyan BMT tribunasından “Lazım”ı səslədi. Açıq şəkildə dedi ki, bir qarış torpaq vermək fikrində deyil və “Lazım”la görüşməyə hazırdı.
İndi, növbə bizim lazımsız işlərlə məşğul olan komandanındır. Sərkisyanın bu kəskin ifadələrindən sonra hansı əsasla danışıq aparacaqlarını izah etsinlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ