SON DƏQİQƏ

PressDent.Info

Mehman Əliyev: “İslahatlara nail olmaq lazımdır”

Mehman Əliyev: “İslahatlara nail olmaq lazımdır”
15-09-2017, 12:33 7047 dəfə baxılıb

“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı və “Mehman Əliyevin Azadlığı uğrunda Mübarziə Komitəsi ” sentybarın 14-də Müsavat partiyasının qəargahında toplantı keçirib.

Komitə sədri Əvəz Zeynallı Mehman Əliyevin azadlığa çıxmasında komitənin rolundan danışıb və qurumun artıq buraxıdlığını elan edib.

O vurğulayıb ki,siyais məhbus sayılan şəxslərin məsələsi ilə opretaiv olaraq yaradılacaq İşçi Qrup məşğul olacaq.

M.Əliyev çıxış edərək həbsi barədə danışıb. O, bildirib ki, həbsi sırf peşə fəaliyyəti ilə bağlı olub:

“Amma, beynəlxalq reaksiya, daxildəki narazılıq, ictimaiyyətin etirazı, hakimiyyət daxilində həbsimə münasibətin birmənalı olmaması həbsdə uzun müddət saxlanmağıma imkan vermədi”.

M.Əliyev vurğulayıb ki, bu narazılıq və etiraz təkcə onun həbsi ilə bağlı olmayıb. Bütünlükdə cəmiyyətin baş verənlərə əhaval-ruhiyyəsini ifadə edib. Onun firkincə, xalq artıq hakimiyyətdən islahatlar gözləyir və indi dayanmaq olmaz. İslahatlara və cəmiyyətdə dəyişikliklərə nail olmaq lazımdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı da M.Əliyevin həbsdən azad olunmasını ciddi və müsbət hadisə adlandırıb. “Amma M.Əliyevin azad olunması işin başlanğıcıdır. İndi “Turan” İnformasiya Agentliyinin işləməsinə şərait yaradılması və M.Əliyevə qarşı qaldırılan cinayət işinin ləğv olunmasından ötrü mübarizə aparılmalıdır”, deyə A.Hacılı bildirib.

Strateji Milli Düşüncə Mərkəzinin (SMDM) rəhbəri İsa Qəmbər isə M.Əliyevin həbsini də, azad olunmasını da çoxsəbəbli məsələ kimi dəyərləndirib: “Amma ölkədə siyasi məhbusların olmaması, əsassız həbslərin baş verməməsi üçün isə seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməlidir. Bunun uğrunda birgə mübarizə aparmalıyıq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ