SON DƏQİQƏ

PressDent.Info

Siyasi məhbus probleminə baxış” mövzusunda ictimai dinləmə keçiriləcək

Siyasi məhbus probleminə baxış” mövzusunda ictimai dinləmə keçiriləcək
14-09-2017, 14:49 4263 dəfə baxılıb

Siyasi Məhbusları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə “Mehman Əliyevin azadlığa çıxması və Azərbaycanda siyasi məhbus probleminə baxış” mövzusunda ictimai dinləmə keçiriləcək.

Toplantı 14 sentyabr saat 14.00- da Musavat partiyasının Qərargahında olacaq. “Siyasi məhbusların azadlığını istəyən, bu istiqamətdə çalışan və töhvə vermək istəyən hər kəsi, toplantıda iştiraka dəvət edirik”, – Siyasi Məhbusları Müdafiə Mərkəzinin məlumatında bildirilir.

Toplantıda həbsdən yenicə çıxmış Mehman Əliyev də iştirak edəcək, fikirlərini bildirəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ