SON DƏQİQƏ

PressDent.Info

Rasim Əliyevin qətlilə bağlı RATİ-dən sərt bəyanat

Rasim Əliyevin qətlilə bağlı RATİ-dən sərt bəyanat
10-08-2015, 09:27 26298 dəfə baxılıb

Reportyorlasın Azadlıq və Təhlükəsizlik İnstitu bu təşkilatın nümayəndəsi və İdarə Heyyətinin üzvü Rasim Əliyevin faciəvi şəkildə öldürülməsindən şokdadır. RATİ bu ağır itki ilə bağlı Rasim Əliyevin ailə üzvlərinə, dostlarına, yaxınlarına və həmkarlarına dərin hüznlə baş sağlığı verir. RATİ baş vermiş bu qətl hadisəsini hakimiyyətin vətəndaş cəmiyyətinin və fərqli düşüncənin məhv edilməsinə yönəlmiş məqsədyönlü repressiv siyasətinin nəticəsi kimi dəyərləndirir.

 

R.Əliyev 2015-ci il avqust ayının 8-də qəsd məqsədilə naməlum şəxslər tərəfindən ölümcül döyülmüş və bir neçə saat sonra xəstəxanada həkimlərin məqsədli şəkildə ona  lazımı tibbi yardımı göstərmədiklərinə görə dünyasını dəyişib. Həkimlər vaxtında yaralı jurnalisti müainə edib, diaqnozunu dəqiqləşdirərərk lazımı yardımı göstərməklə rahatlıqla onun həyatını xilas edə bilərdilər. Amma ciddi zədələr almış jurnalistin obyetkiv diaqnozunu təyin edərək, reanimasiya şöbəsində ciddi həkim nəzarətinə götürülməsindən imtina edilib.

 

Jurnaslit və hüquq müdafiəçisi R.Əliyevin ölümü RATİ, o cümlədən insan hüquqlarının müdafiəsinə fokuslanmış “Obyektiv” TV onlayn televiziyasının fəaliyyətinin hakimiyyət tərəfindən dayandırılması ilə eyni günə təsadüf edir. 2014-cü ildə məhz avqust ayının 8-də hüquq mühafizə orqanlarının əməkdaşları  RATİ və “Obyektiv” TV-nin bütün əmlakını və sənədlərini müsadirə etmiş, ofisin qapısını möhürləmişdilər.   Elə həmin gün hüquq mühafizə orqanları əməkdaşları RATİ-nin həmin zaman sədri olmuş təsisçisi Emin Hüseynovu da həbs etmək istəmişdilər.

 

Hüquq mühafizə orqanları avqustun 8-də ofisdə axtarış aparıb sənədləri və avadanlıqları müsadirə edəndə Emin Hüseynovla bir yerdə olan sonuncu RATİ əməkdaşı məhz Rasim Əliyev olub. Diqqətə çatdıraq ki, qondarma ittiamlarla həbs təhlükəsi təhlükəsi ilə üz-üzə qalan Emin Hüseynov İsveçrənin Bakıdakı şəsirliyinə siğınış və  yalnız 2015-ci il iyul ayının 12-dən İsveçrə və Azərbaycan hökumət rəhbərlərinin müvafiq razılaşmasından sonra azadlıqda və təhlükəsizlikdədir. Belə ki, Birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana səfər etmiş İsveçrənin xarici işlər naziri Didier Durxalter hüquq müdafiəçisini özü ilə barabər ölkədən çıxarmış və son olaraq E.Hüseynov İsveçrə hökumətinən siyasi sığınacaq almağa məcbur olub. Həmçinin, Azərbaycan hakimiyyəti cəza tədbiri kimi Hüseynovu vətəndaşlıqdan məhrum edərək, onun ölkəni tərk etməsinə imkan verib.

 

Rasim Əliyev Emin Hüseynovun yaxın müttəfiqi və həmkarı olaraq təşkilatın idarə heyyətinin keçirdiyi səsvermə nəticəsində 2014-cu ilin oktyabr ayında RATİ-nin sədri seçilməklə Hüseynovu əvəzləmişdi və bu seçkinin nəticələri barədə protokol Ədliyyə Nazirliyinə  təqdim edilib. 

 

Hakimiyyətin görünməmiş təzyiqləri nəticəsində faktiki olaraq fəaliyyəti iflic edimiş,  keçmiş sədr Emin Hüseynovun İsveçrə səfirliyinə sığınmağa məcbur olduğu, bir sözlə təşkilatın ən ağır dönəmində Rasim Əliyev RATİ-yə rəhbərlik etməyi öz üzərinə götürmüşdü. 

 

Rasim Əliyev qətli Azərbaycanda insan hüquqlarının vəziyyətinin əzici və dözülməz vəziyyətdə olmasının fonunda baş verib. Ötən ilin ortalarından etibarən, hakimiyyət bütün müstəqil QHT-lərin fəaliyyətini dayandırıb, onların mülkiyyətinə əl qoyub, hökuməti tənqid edən hüquq müdafiəçiləri və jurnalistlər isə barmaqlıqlar arxasına atılıb.

 

Son iki ildə Anar Məmmədli, Leyla Yunus,  Rəsul Cəfərov, İntiqam Əliyev, Seymur Həzi, Xədicə İsmayılova, İlqar Məmmədovun, Tofiq Yaqublu, Hilal Məmmədov, Arif Yunus kimi hüquq müdafiəşiləri, jurnalistlər, Azərbaycandakı rejimi tənqid edən şəxslər  və onlarla digər vicdan məhbusları qurama ittihamlarla həbs edilib.

 

Leyla və Arif Yunuslar kimi bir neçə vicdan məhbusu bu gün ölümün astanasındadırlar. Onları da qurama ittihamlarla həbs edilmiş və müvafiq tibbi yardım göstərilmədiyinə görə həbsdə öldürülən Novruzəli Məmmədov kimi yavaş yavaş öldürürlər. Onlar zəruzi müalicəni almır, üstəlik işgəncələrə də məruz qoyulurlar. İlqar Məmmədov kimi bəzi vicdan məhbuslarına həbsxanada hücumlar təçkil edilir və onların həyatı təhlükəyə məruz qoyulur.

 

Ölkəni tərk etməyə müvəffəq olaraq siysi mühacirət etmiş tənqidçilərin rejim tətəfindən həbsə atılmaqla susdurulması mümkün olmadğı üçün, həmin şəxsləri susmağa məcbur etmək üçün Azərbaycan hakimiyyəti mühacirlətin qohumlarını qurama ittihamlarla zindana atır. Buna hakim rejimə müxalifətdə olan jurnalistlər Emin Milli və Qənimət Zahidin qohumlarının saxta ittihamlarla həbsini parlaq nümünə göstərmək olar. Hakimiyyət qisas əməliyyatının tərkib hissəi kimi həm də müxalif KİV-ləri və müstəqil QHT-lərin əməkdaşlarının və onların qohumlarının ölkədən çıxışını yasaq edib.  Xaricdəki dissidentlərin qohumlarını girov saxlamaqla hakimiyyət bu şəxslərin yaxınlarının həyatına qəsdlə hədələməklə mövcd rejimi tənqid etməkdən çəkinməyə məcbur etməyə cəhd edir. Hakimiyyətə qarşı siyasi baxışlarını dəyişməyən xaricdəki disidentlərin qohumları kütləvi şəkildə, disident qohumlarından imtina etməyə və  ictimai qaydada əzizlərini ittiham etməyə məcbur edilirlər.

 

Belə ki, Rasim Əliyevin həyatına qəsdlə bağlı son üç həftə ərzində  internet və telefonla hədələr alırmış  və o, bu barədə polisə rəsmi qaydada təhlükəsizliyinin təmin edilməsi üçmün müraciət etsə də, polis onun müraciətini rədd edib.

 

Həm də əvvəlcədən planlaşdırılmış fəaliyyət nəticəsində Azərbaycanda ilk dəfə deyil ki, hüquq-mühafizə orqanlarının, habelə zərər çəkmiş şəxsin həyatını xilas etmək üçün hər cür səy göstərməyə borclu olan həkimlərin laqeydliyi nəticəsində jurnalst və hüquq müdafiəçiləri həytını itirir. Hakimiyyət bunula cəmiyyətə açıq şəkildə göstərmək istəyir ki, ölümünə qərar verimiş jurnalist sui-qəsddən sag çıxsa belə onun yaşamaq imkanı yoxdur və o, xəstəxanada tədricən, həm də isgəncə ilə ölməlidir.

 

Xatırladaq ki, eyni xəstəxanada 2011-ci il noyabr ayının 19-da sui-qəddə məruz qalmış Rafiq Tağı öldü. Jurnalistlər tərəfindən aparılmış alternativ təhqiqat sübut etdi ki, həkimlər tərəfindən həyatı rahatlıqla xilas edilməsi mümkün olan Rafiq Tağıya yuxarının tapşırığı ilə ölməyə imkan yaradıldı.  Üstündən təxminən 4 il ötəndən sonra analoji qaydada Rasim Əliyev həlak oldu.

 

Habelə 2004-cü ilin dekabrında polis təzyiqindən sonra komaya düşən Alim Kazımlı 2005-ci ilin iyun ayının 19-da vəfat edib.

 

Son 10 il ərzində Azərbaycanda qətlə yetirilən Elmar Hüseynov, Rafiq Tağı, Novruzəli Məmmədov, Alim Kazımov da daxil olmaqla bütün jurnalistlərin qətillərinin üstü açılmayıb. Əksinə, hüquq mühafizə orqanları baş vermiş qətillərin icraçıları və sifarışçilərinin aşkarlanması üçün obyektiv araşdırmaya maneçilik törədib.

 

Bu gün Azərbaycan böyük bir həbsxanaya çevrilib ki, burada fərqli düşünən insanlar hətta həbsdə olmasalar belə, hər an şərlənərək həbs edilmək və öldurulə biləcəkləri hədənin höküm sürdüyü atmosferdə yaşamağa məcburdurlar.

 

Ölkədə faktiki olaraq bütün müstəqil QHT-lər fəaliyyətlərini dayandırmağa məcbur olub, sonuncu müxalifət nəşrləri bağlanmalarının astanasındadırlar, jurnalistlər isə həyyatlarına təhlkə qorxusuna görə özünüsenzura tətbiq etməyə məcburdurlar.

 

Diqqətə çatdıraq ki, Rasim Əliyevin qətlindən bir gün əvvəl Azərbaycan hakimiyyəti informasiya texnologiyaları naziri qismində hökumətin internet üzərində nəzarətin artırılması planları barədə məlumat verərərk, xüsusilə Skype, WatsAp və digər onlayn sosial resursların lisenziyalaşdırılması,  Facebook, Google, Twiter və digır iri sosial şəbəkələrin azərbaycanlı istifadəçilərinə dair şəxsi məlumatların Azərbaycanda yerləşən data-bazalarında saxlanılması və bu data-bazaya hökumətin girişinin olmasının planlaşdırması  barədə məlumat verib.

 

Son 10 ilin tendensiyasi göstərir Azərbaycanda jurnalistlərin öldürülməsi, repressiyasnın şiddətlənməsi, fərqli düşüncəli insanların həbs edilməsi, təqiblərə məruz qalması mühüm siyasi hadisələr – bu və ya digər seçkilər ərəfəsində baş verir.

 

Belə ki, Rasim Əliyev öz fikirlərini ifadə etdiyinə görə 2015-ci ilin payızında Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində öldürüldü, necə ki, 2005-ci il parlament seçkiləri ərəfəsində Elmar Hüseynov öldürülmüşdü.  Elmar Hüseynovun qatilləri və bu qətli sifariş verənlər isə hüquq mühafizə orqanlarının fəaliyyətsizliyi nəticəsində bu gün də cəzasız qalıb. Üstündən 10 il keçəndən sonra Elmar Hüseynovun ailəsi ədalətin bərqərar olunması üçün Avropa İnsan Hüquları Məhkəməsinə müraciət edib.

 

Rasim Əliyevin isə bu ərəfədə öldürülməsi həm də onu nümayiş etdir ki, hakimiyyət internet uzərində nəzarətini bərqərar etmək üçün özünə haqq qazandırmaq istəyir.

 

RATİ hesab edir ki, hakimiyyət internet üzərində ona görə nəzarətini bərqərar etmək istəyir ki, bu məkanda hakimiyyət kütləvi şəkildə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilir. Bu tənqidi artıq çoxdandır ki,  çap KİV-ləri və televiziyalarda görmək mümkün deyil.

 

Bu gün Azərbaycanda bir dənə də olsa müstəqil televiziya və radioyayımı qalmayıb, çap mediası da faktiki hakimiyyətin nəzarətindədir. Aparıcı beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatlarını qiymətləndirilmələrinə görə dünyada ifadə azadlığı indeksinə görə Azərbaycandan vəziyyətin kəskin pisləşib və ölkə jurnalistlər üçün çox təhlükəli ölkələr sırasına daxil edilib.

 

RATİ Rasim Əliyevinin ölümndə ölkədə tənqidə səbirsizlik şəraitini tam bərqərar etmiş hakimiyyətin məsuliyyət daşıdığını bəyan edir.

 

RATİ Azərbaycanda insan haqlarının durumunun fəlakətli vəziyyətdə olmasına görə hakim rejimi gunahkar hesab etsə də, ele bu hakimiyyəti nəhayət ki, öz tənqidçilərinə qarşı qəddar və dözülməz repressiyalara son qoymağa çağırır. RATİ Azərbaycan hakimiyyətini Rasim Əliyev, Elmar Hüseynov, Rafiq Tagi və Novruzəli Məmmədova qarşı qəsd edənlərin və bu qəsdi sifariş edənləri məsuliyyətə cəlb etməyə çağırır. RATİ Azərbaycan hakmimiyyətini  həbsdə olan bütün vicdan məhbuslarını, o cümlədən həyatı təhlükə altında  olan jurnalistlər və hüquq müdafiəçilərini azad etməyə çağırır.

 

 

RATİ həmçinin BMT, Avropa Şurası, ATƏT və Avropa Birliyininə üzünü tutaraq repressiya qurbanlarına prinsipal dəstək olmağı, Azərbaycan hakimiyyətinə   insan haqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhbəliklərə məsuliyyətə yanaşmağı və bu  öhdəlikləri yerinə yetirməyə  çağırış etməyə səsləyir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ