SON DƏQİQƏ

PressDent.Info

Trampı aciz qoyan “Azərbaycan” sualları

Trampı aciz qoyan “Azərbaycan” sualları
11-09-2017, 11:57 5046 dəfə baxılıb

“3 milyard dollarlıq” zərbə hakimiyyət üçün betər tutarlı olub. Novruz Məmmədovun təbirincə desək, beynəlxalq mediada gedən məqalələr hakim düşərgənin ideoloqlarını da pis “havalandırmayıb”.
Rəsmi açıqlamalarda, məqalələrdə 3 milyard dollarlıq korrupsiyaya verilən cavablar, son dərəcə isterikliyi ilə fərqlənir. Hakimiyyət belə skandallardan həmişə “müdrikcəsinə susmaqla” çıxardı, bu dəfə şeytan onları yoldan azdırıb, danışırlar, amma hər belə danışıq, açıqlama aydın səmada qəhqəhə ildırımları çaxdırır.
Aşağıdakı abzaslara lütfən, diqqət edin.
Bir: D.Tramp ABŞ prezidentidir. Seçildiyi gündən, bu günə qədər ABŞ mediası ilə müharibə şəraitindədir. Onun ABŞ-ın ən nüfuzlu qəzeti- “Vaşiqnton Post”u tviterində “yalançı” adlandırması lap təzə söhbətdir.
İki: “Azərbaycan” qəzeti Milli Məclisin rəsmi qəzetidir.

Bu gün “Azərbaycan”da hakimiyyət əməllicə ağlaşma qurubTrampa xitab edib ki, ey bivəfa, o bizə yolladığın şəfqət dolu məktublar nədi, bu “Vaşiqnton Post”da yazdırdıqların nədi?
Prezident D.Trampı xeyli məzəmmət olunub ki, bəs sən seçiləndən sonra demişdin, Obamanın Azərbaycanla korladığı əlaqələri bərpa edəcəksən, ABŞ-ı haqq yoluna qaytaracaqsan, eləysə, “nədir bu eybucilər”?!
Yəqin, Allah Trampa çox lütflər bəxş eləsə də bizim “milli” qəzetləri oxuyub feyz almağı rəva bilməyib. Ona görə Tramp “Azərbaycan”ın şedevrindən bixəbər qalacaq.
Ancaq bir anlıq möcüzə baş versəydi və haqqında danışdığımız məqalə ilə təmas qursaydı, bu cənab xeyli dilxor olardı. Təmiz azərbaycanca “tvit atardı” ki, keçəl əlac bilsə öz başına edər. Yaxud, “Azərbaycan”çılara ismariş yollayardı ki, bunların ağızını yummağı mən sizdən çox istəyirəm, çəmin bilirsinizsə, gəlin köməkləşib edək; amma bəri başdan bilin ki, bizdə, nə cibə nəşə atıb tutma var, nə də jurnalisti “xuliqan” adlandırıb həbs eləmək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ