SON DƏQİQƏ

PressDent.Info

Cəbhəçi fəala 30 sutka həbs verildi

Cəbhəçi fəala 30 sutka həbs verildi
6-09-2017, 20:00 4959 dəfə baxılıb

“Mən İlham Əliyevin karikaturasını paylaşmışdım, ona görə məni həbs etdilər. Həbsimin də sifarişçisi birbaşa dövlətin başında duranlardır”

Bu sözləri  30 sutka həbs cəzası alan AXCP Yasamal rayon şöbəsinin üzvü Üzeyir Abbasov deyib. Ü. Abbasov bildirib ki, hakimiyyət onun fəaliyyətindən ciddi narahat olub.

“Dostlara deyin möhkəm olsunlar, mübarizə hər zaman davam edəcək. Hakimiyyət apardığım mübarizədən ciddi narahat idi və məni həbs etdilər” – deyə o əlavə edib.

AXCP üzvünə 30 sutka həbs verilib. Proses Səbail rayon məhkəməsində baş tutub.

Üzeyir Abbasov İnzibati xətalar məcəlləsinin 535.1- ci maddəsinə görə, (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) təqsirli bilinib.

Cəbhəçi fəal senyabrın 2-si polis əməkdaşları tərəfindən Səbail rayon 8-ci polis bölməsinə aparılıb. Onun sosial şəbəkələrdə hakimiyyət, xüsusən də, prezident əlehinə olan bir neçə paylaşımı silinib və izahatı alınaraq sərbəst buraxılıb.

Hadisədən sonra fəal ABŞ Səfirliyinə gedərək, onlar bu barədə məlumatlandırıb. Səfirlikdən çıxandan sonra isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yenidən saxlanılıb.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ