SON DƏQİQƏ

PressDent.Info

Fransa məhkəməsi İlham Əliyevlə bağlı qərarını noyabrın 7-də verəcək

Fransa məhkəməsi İlham Əliyevlə bağlı qərarını noyabrın 7-də verəcək
6-09-2017, 19:59 4524 dəfə baxılıb

Sentyabrın 5-də Parisdə Azərbaycan hakimiyyətinin fransalı jurnalistlər Elise Lucet və Laurent Richard-a qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Azərbaycan hakimiyyəti jurnalistləri İlham Əliyevin ünvanına diktator ifadəsi işlətdikləri üçün məhkəməyə verib. Söhbət onların 2015-ci ildə “Frans-2” televiziyası üçün Azərbaycanla bağlı hazırladıqları reportajda yer alan ifadələrdən gedir. Həmin reportajda İlham Əliyev hakimiyyətinin necə korrupsiyaya uğraması və Avropanın ictimai-siyasi çevrələrinə korrupsiya ilə nüfuz etməsindən, ölkədə sərt avtoritarizmin hökm sürməsindən bəhs olunurdu.

Məhkəmədə “Sərhədsiz reportyorlar” təşkilatının nümayəndəsi, Azərbaycandan olan mühacir jurnalist və hüquq müdafiəçiləri iştirak edib və ifadə verib.

Məhkəmə qərarını noyabrın 7-də elan edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ