SON DƏQİQƏ

PressDent.Info

Həbsin motivi həmişəki kimi primitivdir

Həbsin motivi həmişəki kimi primitivdir
14-08-2017, 19:30 6351 dəfə baxılıb

Ruslan bugün vəkil Əsabəli Mustafayev şərlənərək həbs olunmuş cəbhəçi gənc Ruslan Qarayevlə görüşüb. Vəkil bu haqda öz “facebook” səhifəsində bunları yazıb
“20 günlük inzibati həbs cəzası çəkən Ruslan Qarayevlə görüşmək üçün səhər Sumqayıt polis idarəsinə getdim. Əvvəlki dövrlərə nisbətən bu dəfə 102 və Ombudsman aparatına zəng etmədən görüş baş tutdu. Amma 1,5 saat çöldə gözləməli oldum. Həbsin motivi həmişəki kimi çox primitivdir: Yaşadığı evin qarşısında olarkən ünvansız söyüş söymüş, bu zaman “təsadüfən” orada olan mülki geyimli polis əməkdaşlarının bu hərəkətləri dayandırmaq haqqında tələblərinə tabe olmamışdır. Bütün dostlara salamları var, oxumağa kitab istəyir”.
Qeyd edək ki, AXCP Gənclər Komitəsinin Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayev avqustun 11-də saxlanılıb və barəsində 20 sutka həbs cəzası çıxarılıb. Bu, Ruslan Qarayevin 3-cü həbsidir və hər 3 həbs siyasi fəaliyyətlə bağlıdır

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ