SON DƏQİQƏ

PressDent.Info

Gözəl Bayramlının ayaqları tutula bilər

Gözəl Bayramlının ayaqları tutula bilər
27-07-2017, 19:10 8091 dəfə baxılıb

“Gözəl Bayramlı sərbəst oturub-qalxa bilmir. Ondan ayrılanda ayağa mənim köməkliyimlə qalxdı”, vəkil Zibeydə Sadıqova iyulun 25-də Bakı İstintaq Təcridxanasında AXCP sədrinin müavini Gözəl Bayramlı ilə görüşündən sonra bildirib.

Vəkil G.Bayramlının səhhətilə bağlı problemlərin şiddətləndiyini deyib.

“Ayağındakı ağrılar dəhşətli hal alıb. Bu günlərdə həkimlər onu yenidən yoxlayıblar. Deyiblər ki, ayağının durumu olduqca pisdir, onların tutulması təhlükəsi yaranıb”, vəkil bildirib.

Z.Sadıqova deyib ki, G.Bayramlının telefon hüququna məhdudiyyətlər də aradan qaldırılmayıb. Telefonla dostları, qohumları ilə əlaqə saxlaya bilmir. Çünki təcridxana rəhbərliyi icazə vermir.

Penitensiar Xidmət vəkilin bəynataına hələ münasibət bildirməyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ