SON DƏQİQƏ

PressDent.Info

Faiq Əmirliyə hökm oxundu.

Faiq Əmirliyə hökm oxundu.
25-07-2017, 22:48 8700 dəfə baxılıb

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin məhkəməsi yekunlaşdı. Səbail Rayon Məhkəməsində hakim Əliyevanın çıxardığı hökmlə Faiq Əmirli 3 il 3 ay azadlıqdan məhrum edildi.
Hökmdən əvvəl Faiq Əmirli son sözünü deyib, vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev çıxış edərək, onun günahsız olduğunu bildiriblər. Vəkillər deyiblər ki, normal məhkəmə olsaydı, Faiq Əmirli haqqında mütləq bəraət hökmü çıxarılmalı idi.
Aqil Layıcov Avropa Məhkəməsinin Faiq Əmirlinin haqqında həbs-qətimkan tədbiri qərarından verilmiş şikayətə prioritet qaydada baxdığını, artıq kommunikasiya mərhələsinin başa çatdığını və yaxın vaxtlarda qərar veriləcəyini hakimin diqqətinə çatdırıb.

“Biz bu məhkəmədən ədalətli qərar gözləmirik. Hesab edirik ki, məhkəmədən nə isə xahiş eləməyin də mənası yoxdur. Onsuz da qərar artıq verilib. Hakim Aytən Əliyeva olmasa, bir başqası da olsa, nəticə dəyişməyəcək. Biz bu məhkəmədə də sadəcə, Faiq Əmirlinin yanında olmaq üçün gəlib gedirdik. Çox şadam ki, Faiqi tanıdım. Onun timsalında özümə qardaş qazandım. Cənab hakim, amma sizdən bir istəyimiz var. Siz də anasız, tapşırığı verənlərə çatdırın ki, bu günahsız adamın iki uşağı bir ildir atasızdır, heç olmasa, onlara rəhm eləsinlər”, – deyə Aqil Layıcov bildirib.

Məhkəmənin hökmünə görə, Faiq Əmirlidən Azadlıq qəzetinin vergi borcları olaraq 39 min manat da tutulmalıdır. Qəzetin iddiasına görə isə, Faiq Əmirliyə qarşı belə bir hökm də qanunsuzdur, çünki nə qəzetin vergi borcu var, nə də Faiq Əmirlinin əməlində cinayət tərkibi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ