SON DƏQİQƏ

PressDent.Info

8 aprel mitinqinin "səsi" - təqib

8 aprel mitinqinin
25-07-2017, 22:41 10179 dəfə baxılıb

Milli Şuranın 8 aprel mitinqi keçdi amma təğiblər keçmədi

     Milli Şuranın 8 aprel mitinqindən sonra mülki geyimli operatorların çəkdiyi video və fotoların analızı hələdə davam edir. Keçən müddət ərzində mitinqdə iştirakına görə 100-lə fəal rayon polis idarələrinə çağırılıb onlardan izahatlar tələb ediliblər. Bu öz-özlüyündə insanların konsititusiyon hüquqlarının pozulmasıdır. İnsanlar azaddırlar və siyasi əgidəsinə görə heç kim təqib olunmalı deyil. Amma bu gün  biz  bu  halların şahidi  ola  bilmirik. İqtidar Milli Şura  və AXCP ilə  əlaqəsi olan hər kəsi nəzarətdə saxlayır, onların ya işdən çıxartdırır ,ya  ailə  üzvüləri ilə hədələyir, ya inzibati həbs ya cinayət işi açılır. Bu isə heç  bir  insan hüquq  və azadlıqlarına  uyğun deyil.

 

    Apardığımız  monitoringin nəticəsində daha ilginc  faktlar ortaya çıxır beləki, Binədədi və Bakı Şəhər Polis İdarəsinə çağrılan son mitinqin iştirakçısı Niyazi Qurbandan bir  daha Milli Şuranın mitinqində görünsə barəsində cinayət işi açılacağı ilə hədələnmişdir. O  bildildiri  ki: “ Polis idarəsində mənim Avropa və  Azərbaycanda  görüşdüyum müxalifət nümayəndələri ilə şəkillərimi  ortaya  qoyub onlara  qarşı ifadələr  alamğa  məcbur  etdilər. Bu insanlar mənim dostlarımdır məni  bunu  edə  bilməzdim. Buna görə polisdən çıxan kimi həmin  geçə ölkəni tərk etdim. Bundan sonra  dəfələrlə yaşadığım ünvana polis və mülki geyimlilər gəliblər, hətta mənim əvəzimə qardaşımı aparıb mənim polisə gəlməyimi tələb ediblər. Hazırda barəmdə dəfələrlə polisə çağırışa getmədiyim üçün cinayət işi qaldırıb axtarışa veriblər.Ölkəyə qayıtdığım halda məni həbs gözləyir.

 

 

Qeyd  edirik ki, bu barədə Şəffaf İdarəçilik İctimayi Birliyinin yaydığı monitoringin nəticələrində məlumat verilir. Məsələ ilə əlaqədar Binəqədi rayon polis idarəsinin və Binqədədi prokrorluğunun mövqeyini öyrənmək istəsəkdə sualı eşidib telefonu asdılar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ