15:06 - Azərbaycanlı rejissordan SƏRT SÖZLƏR: "Yataq səhnəsinə çəkilən aktrisalar..."
14:59 - Elçin İsmayıllının cəzası 9 ildən 7 ilə endirildi
14:57 - Gəncədə bina partlayıb, ölənlər var
18:28 - "İttihamları qəbul etmir" - Vəkili həbsxanada Təranə ilə görüşdü
18:17 - Bakını indi də Eldar Əzizov “sökəcək”
18:00 - Amaliya Pənahovanın vəzifəsi qızına verild
17:51 - Sona Vəliyeva Milli Tele-Radio Şurasındakı işini itirdi
17:46 - Sədərək ticarət mərkəzində yanğın olub
18:43 - Mirkamilin YALANI üzə çıxdı - Özgə uşağı özünkü kimi təqdim edib
18:37 - İsrailin müdafiə naziri istefa verdi
18:33 - Mingəçevirdə bədbəxt hadisə
19:16 - Murad Boz ən çox nədən qorxur ?
19:09 - “Azərkosmos” 308 milyon manat zərər edib
Avropa Məhkəməsi “heykəl məhbusları”nın şikayətini icraata götürüb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun daha bir şikayətini icraata qəbul edib. Bu barədə məhkəmənin məlumatında bildirilir.
Şikayət gənclərin mənzillərində aparılan axtarışla bağlıdır. Onların vəkilləri qeyd ediblər ki, fəallar bununla bağlı ölkə daxilində məhkəməyə müraciət etsələr də həmin müraciətlər təmin edilməyib.
AİHM-ə şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış və götürmə ilə bağlı qərarları gənclərin Avropa Konvensiyasının 6, 8 və 10-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozub.
İddiaçılar məhkəmədən həmin maddələrin pozulmasının tanınmasını, pozuntuya görə ədalətli kompensasiyanın verilməsini xahiş edirlər.
Q.İbrahimov və B.Məmmədov ötən il mayın 10-da saxlanılıblar. Narkotik maddə ittihamı ilə 10 il həbs olunublar.
Ancaq həbsin əsl səbəbi Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək!” şüarını yazmalarıdır.