SON DƏQİQƏ

PressDent.Info

Əfqan Muxtarlının apelyasiya şikayəti təmin olunmadı

Əfqan Muxtarlının apelyasiya şikayəti təmin olunmadı
23-06-2017, 16:59 6699 dəfə baxılıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində Əfqan Muxtarlının qanunsuz tutulması ilə bağlı vəkillərin şikayətini qəbul etməyən Səbail Rayon Məhkəməsinin 16 iyun qərarından şikayətinə baxılıb. Hakim Faiq Qasımov Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Bunu əməkdaşımıza açıqlamasında vəkil Elçin Sadıqov deyib.

Jurnalist Əfqan Muxtarlı bu il mayın 29-da Tbilisinin mərkəzində oğurlanıb və gecəylə Azərbaycana gətirilib. Mayın 30-da Bakıda Səbail Rayon Məhkəməsinin qərarıyla onun barəsində 3 aylıq həbs qətimkan qərarı seçilib.

O vəkilə bildirib ki, onu gürcü polislər oğurlayıblar və iki ölkə sərhəddində Azərbaycanın xüsusi xidmət orqanlarına təhvil veriblər.

Bakıda jurnalisti sərhəddi qanunsuz keçməkdə və 10 min avro pul qaçaqmalçılığında ittiham ediblər. Ancaq jurnalist bildirib ki, pulları onun cibinə sərhəddi keçərkən qoyublar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ