SON DƏQİQƏ

PressDent.Info

Almaniya Muxtarlı işinin sürətlə araşdırılmasını istəyir

Almaniya Muxtarlı işinin sürətlə araşdırılmasını istəyir
18-06-2017, 16:51 8352 dəfə baxılıb

“Jurnalist Əfqan Muxtarlının işinin araşdırılması ilə bağlı Gürcüstan hökumətindən böyük gözləntilərimiz var”, – bunu Almaniyanın Gürcüstandakı səfiri Xayke Payç deyib.
Səfirin sözlərinə görə, azərbaycanlı jurnalist Gürcüstan sığınacaq istəyib, sonra isə yoxa çıxıb.
“Bu məsələyə biz ciddi narahatçılıqla yanaşırıq və ümid edirik ki, hökumət tərəfindən bu tezliklə araşdırılacaq. Bunun nəyə görə baş verdiyi aydınlaşdırılmalıdır. Gürcüstanın demokratiya yoluna, insan haqlarının qorunmasına görə məsuliyyəti var və bu hadisə həmin standartlara uyğun gəlmir. Bizim hökumət, səfirlik və vətəndaş cəmiyyəti bu hadisəni böyük maraqla izləyir və araşdırmanın çox tez vaxtda aparılacağı ilə bağlı gözləntilərimiz var”, – deyə səfir qeyd edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ