SON DƏQİQƏ

PressDent.Info

Putinə qarşı qətl ittihamı

Putinə qarşı qətl ittihamı
13-06-2017, 18:46 8787 dəfə baxılıb

ABŞ Milli Kəşfiyyat direktoru idarəsi (ODNI) Britaniya xüsusi xidmət orqanlarına hazırlayıb verdiyi hesabatda deyilir ki, rusiyalı maliyyəçi və Maqnitski işi üzrə məlumat verən Aleksandr Perepeliçnıy Putinin yaxud ona yaxın adamların göstərişi ilə öldürülüb. Bu barədə ABŞ, Britaniya və Fransa xüsusi xidmət orqanlarındakı adı çəkilməyən mənbələrə istinadən BuzzFeed nəşri məlumat verib.
2015-ci ildə ABŞ Konqresi xüsusi xidmət orqanlarından “Rusiyanın dövləti idarə etməküçün siyasi qətllərdə istifadəsi”nin təhlili ilə bağlı hesabat hazırlamağı xahiş edib.
ABŞ kəşfiyyatının iki əməkdaşının BuzzFeed-ə dediyinə görə, hesabatda Perepeliçnının qətli böyük ehtimalla Kremlin sifarişidir. ODNI və MKİ-nin rəsmiləri məlumatı şərh etməkdən imtina ediblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ