SON DƏQİQƏ

PressDent.Info

Lapşinin işi məhkəməyə göndərildi

Lapşinin işi məhkəməyə göndərildi
13-06-2017, 18:40 9135 dəfə baxılıb

Bloger Aleksandr Lapşinin məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində olacaq. Hüquq-mühafizə orqanlarındakı mənbə Turan-a bildirib ki, iş hakim Əlövsət Abbasova verilib.
Hazırlıq iclası iyunun üçüncü ongünlüyündə olacaq.
A.Lapşinin vəkili Eduard Çernin Turan-ın müxbirinə bildirib ki, işin məhkəməyə verilməsi barədə məlumatlı deyil. Ancaq əlavə edib ki, bunun baş verəcəyi gözlənilirdi.
Bundan öncə taxikardiyadan əziyyət çəkən A.Lapşin hələ də tibb məntəqəsindədir. Ancaq onun vəziyyəti yaxşılaşıb və saxlanma şəraitindən şikayəti yoxdur.
Mayın sonlarında A.Lapşinin anası ona baş çəkib.
Rusiya, Ukrayna və İsrail vətəndaşı olan A.Lapşin Azərbaycanı işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiyinə və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etdiyinə görə cinayət məsuliyətinə cəlb olunub.
2016-cı ilin sonlarında o, Belarusda saxlanılıb. 2017-cı il fevralın 7-də Azərbaycana ekstradisiya edilib. Onu bir neçə il həbs cəzası gözləyir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ