SON DƏQİQƏ

PressDent.Info

Həbs edilmiş jurnalistin ailəsi ilə görüşməsinə icazə verməyiblər

Həbs edilmiş jurnalistin ailəsi ilə görüşməsinə icazə verməyiblər
8-06-2017, 18:06 7221 dəfə baxılıb

Qazax rayon polisi həbs edilmiş jurnalist Nicat Əmiraslanovun ailəsi ilə görüşünə icazə verməyib. Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, jurnalistlə görüşə gələn ailəsinə Qazax Rayon Polis Şöbəsində hər hansı izah verilmədən görüşdən imtina edilib.

Xatırladaq ki(“Turan”), jurnalist N.Əmiraslanov Qazaxda fəaliyyət göstərir. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaq adı ilə barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

İynun 3-də Gəncə Apelyasiya Məhkəməsində N.Əmiraslanovun həbsindən şikayətə baxılmalı imiş. Vəkil E.Sadıqovun dediyinə görə, zala daxil olduqda hakimin köməkçisi N.Əmiraslanova apelyasiya şikayətini geri götürməsi barədə yazı yazdırırdı. N.Əmiraslanovun ağzında bir dişi belə yox imiş. Vəkil bunun səbəbini soruşduqda “qopub düşüb” cavabını verib və beləliklə, jurnalist apelyasiya şikayətindən imtina məcbur edilib.

Qazax polisindən baş verənlərə cavab almaq istəsək də bu barədə hər hansı açıqlama verilməyib və şərh üçün DİN mətbuat xidmətinə müraciət etmək məsləhət görülüb.

Jurnalistin həbsinə səbəb kimi polisin qanuni əmrinə tabe olmamaq göstərilsə də, dostları və yaxınları bunun N.Əmiraslanovun sosial şəbəkədəki fəallığı ilə bağlı olduğunu deyirlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ