SON DƏQİQƏ

PressDent.Info

İlin Cümhuriyyətçisi İlkin Rüstəmzadə oldu

İlin Cümhuriyyətçisi İlkin Rüstəmzadə oldu
30-05-2017, 18:22 27231 dəfə baxılıb

Həbsdə olan bloqqer, NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə D18 Hərəkatının təsis etdiyi “İlin Cümhuriyyətçisi” mükafatına layiq görülüb.
Hərəkatın bununla bağlı keçirdiyi mərasimdə bildirilib ki, 4 ildən artıqdır həbsdə olan İ.Rüstəmzadə bu müddət ərzində demokratikləşmə ideyalarından dönməyib. Davamlı olaraq mübarizə aparıb.
“İlin Cümhuriyyətçisi” mükafatı həbsdəki bloqerin anasına təqdim olunub.
Mərasimdə bloqerin həmkarları, siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Bundan əvvəl “İlin Cümhuriyyətçisi” mükafatı həbsdəki jurnalist Seymur Həziyə və Hüquq Marifçiliyi Cəmiyyətinin prezidenti, keçmiş siyasi məhbus İntiqam Əliyevə təqdim olunub.

 

İlin Cümhuriyyətçisi” mükafatını 3 il əvvəl D18 Hərəkatının təsis edib. Mükafat hər il 28 May – Respublika Günü öncəsində təqdim olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ