SON DƏQİQƏ

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

PressDent.Info

Musavatın qurultay nəticələrinin ləğvi üçün Ədliyəyə müraciət olundu

Musavatın qurultay nəticələrinin ləğvi üçün Ədliyəyə müraciət olundu
17-08-2015, 19:04 35345 dəfə baxılıb

Müsavatın 2014-cü ildə keçirilən VIII qurultayının nəticələrindən narazı qalan sabiq partiya üzvləri Azərbaycan Ədliyyə Nazirliyinə müraciət edəcək.
 
Bu barədə Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli məlumat verib.
 
O bildirib ki, müraciətdə məqsəd sonuncu qurultayın nəticələrinin ləğv edilməsidir: "Artıq müraciəti imzalayacaq şəxslərin siyahısı hazırdır. Siyahıda partiyadan xaric edilən, istefa verən müsavatçıların adları var. Müraciətə Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev, mən və başqaları imza atıb".
 
Müsavat Partiyasının sabiq Divan üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini, professor Adil Qeybulla isə "Report"a açıqlamasında bu addımın doğru olmadığını qeyd edib. O, belə bir müraciətə imza atmaq fikri olmadığını deyib.
 
Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə "Ağ blok" yaratdığını elan edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ