SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Məhkəmə Əliyevin Abutalıbova qarşı iddiası üzrə iclasını pozub

Məhkəmə Əliyevin Abutalıbova qarşı iddiası üzrə iclasını pozub
15-05-2017, 15:51 19836 dəfə baxılıb

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Turan agentliyinin direktoru Mehman Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı iddiasına baxılmasını demək olar ki, pozub.

İşə baxan hakim Elçin Məmmədov məhkəmə iclasının mayın 12-də keçiriləcəyi barədə xəbərdarlığı gec göndərib. Üstəlik, martın 31-də keçirilən məhkəmə iclasında məlumat verilib ki, Turan agentliyinin direktoru sözügedən vaxtda xarici ezamiyyətdə olacaq.

Qeyd etmək lazımdır ki, bildirişdə tarix 1 may göstərlilir. Ancaq zərfin üzərindəki möhürdən məlum olur ki, 14 saylı poçt şöbəsi bildirişi M.Əliyevə mayın 9-də göndərib və 10 saylı poçt şöbəsinə mayın 10-da daxil olub. Məktub agentliyə mayın 12-də iclas günü çatdırılıb.

Martın 31-də cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməyiblər və bu barədə məhkəməni xəbərdar etməyiblər.

Məhkəmə zamanı İ.Əliyev bildirib ki, mayın 9-12-də xaricdə ezamiyyətdə olacaq və bunun nəzərə alınmasını xahiş edib. İclas mayın 1-nə təyin edilib və bu barədə agentlik oxucu auditoriyasına martın 31-də məlumat verib. http://www.contact.az/ext/news/2017/3/free/Social/az/61005.htm

Hakim E.Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərəcəyini bildirib ki, meriya növbəti məhkəmə iclasına qədər informasiya sorğusuna cavab göndərsin. Ancaq heç bir cavab gəlməyib.

İddia ərizəsinin predmeti “İnformasiya azadlığı haqqında” qanunun Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən pozulmasıdır, konkret olaraq informasiya sorğusuna cavab verilməməsidir.

Sorğu bu il yanvarın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adına göndərilib, iddia isə fevralın 23-də məhkəməyə təqdim edilib.

Bakı meriyasına informasiya sorğusu Buzovna qəsəbəsi, Sübhi küçəsi, 2 ünvandakı binanın 8 və 9-cu mərtəbəsindəki iki mənzillə bağlıdır. Belə ki, 2016-cı il dekabrın 18-də baş vermiş yanğın zamanı həmin mənzillərə ziyan dəyib. Bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin tabeliyindədir.

Qeyd etmək lazımdır ki, agentliyin və bina sakinlərinin öz hüquqları uğrunda birgə mübarizəsi sayəsində İH təmir işləri aparıb, balkonlardakı pəncərələri bərpa edib, binanın fasadını təmir edib. Ancaq bu işdə məhkəmənin rolu olmayıb.

Jurnalistlərin dövlət qurumlarına informasiya sorğusu göndərməsilə bağlı praktika və məhkəmələrin hərəkəti Azərbaycanda durumun acınacaqlı və “İnormasiya azadlığı haqqında” qanunun iflic vəziyyətdə olduğunu göstərir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ