SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Gültәkin Hacıbәyli hakimiyyәtin qara piarına sәrt cavab verdi

Gültәkin Hacıbәyli hakimiyyәtin qara piarına sәrt cavab verdi
19-04-2017, 13:31 23142 dəfə baxılıb

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hakimiyyətin ona qarşı apardığı çirkin kampaniyaya sərt cavab verib. G.Hacıbəyli bununla bağlı öz facebook səhfəsində status paylaşıb. Statusu diqqətinizə çatdırırıq:

“İnboxuma hakimiyyətin əxlaqsız saytlarından birində getmiş, barəmdə böhtan və çirkabla dolu bir yazı göndərdilər. Düzü, sarı mətbuata heç əhəmiyyət də vermirəm. Ancaq ailəmin istəyi üzərinə bunları yazmalı oldum. Hakimiyyət altı ildir mənə qarşı ən iyrənc təzyiq üsullarına əl atdı, böhtan və şərləmə kampaniyası apardı, hətta 9 yaşlı övladımı əlimdən almağa qalxdı, üzümə adam qoydu, hər şərəfsizliyi etdi, ancaq adıma toz belə qondura bilmədi. Mənim bu günədək həyatda yeganə “kriminalım” İlham Əliyevin 2008-ci il seçki mitinqindəki çıxışımdır. Görün, YAP-çılar öz liderləri haqqında hansı fikirdədilər ki, vaxtilə onu dəstəkləməyi dəhşətli bir cinayət hesab edirlər.

Üzərimə vaxtaşırı olaraq gah əxlaqsız saytları vasitəsilə özləri gəldilər, gah “müxalifətdəki” əlaltılarını, agentlərini, yaltaqlarını qaldırdılar. Hər addımım nəzarətdədir, şəxsi həyatıma, ailəmə müdaxilə etdilər, evimi dinləyirlər, ehtimal ki, kamera da quraşdırıblar, amma çifayda. Quru divara palçıq yapışmır ki, yapışmır! Əgər qrant almağı cinayət hesab edirlərsə, YAP Siyasi Şurasının USAİD-dən, Avropa Komissiyasından, digər beynəlxalq təşkilatlardan milyonlarla dollar həcmində qrant alan üzvlərinin, parlament deputatlarının siyahısını paylaşa bilərəm ki, cəmiyyət cinayətkarları tanısın. Bir daha bəyan edirəm ki, bu deputatlardan fərqli olaraq, mən heç vaxt, heç kimdən qrant almamışam. Hakimiyyət mənim qrant almağımla bağlı bircə fakt bilsəydi, ortaya qoyardı, nağıl danışmazdı.

Barəmdə yazılan ikinci əxlaqsız böhtana gəlincə, məni gecə-gündüz izləyirsiniz, bütün həyatıma lupa salmısınız, davranışımda, əxlaqımda bircə nöqsan tapmısınızsa, paylaşmayan şərəfsizdir, alçaqdır! Azərbaycanla bağlı deməyə sözləri qurtarıb, böhtan arsenalları tükənib, indi də Gürcüstana keçiblər. Hakimiyyətdəkiləri qınamıram. Mənim qarşımda kompleksləri çox böyükdür. Vaxtı ilə üzümə dedikləri “kaş parlamentdə sizin kimi savadlı ikicə nəfər də olaydı”, “kaş ki, bütün xanımlarımız sizin kimi və Gövhər xanım kimi namuslu olaydı” sözlərini və daha nələri… nə onlar unudublar, nə mən. Məni yaxşı tanıyırlar. Və mənim də onları ovcumun içi qədər tanıdığımı bilirlər.

Abrıma qısılıb sonadək susacağıma çox da arxayın olmayın. Çünki, bütün hədləri keçirsiz. Ailəmi çox əsəbiləşdirsəz, mən, məsələn, arvadı öz idman məşqçısı ilə üç aylıq oppalara gedib-qayıtmış və hələ də nazir olan həmkarlarınızdan danışa bilərəm. İcra başçısından hamilə qaldığı üçün gecə ilə rayondan çıxarılıb sonra deputat seçilən partiya fəalınızdan danışa bilərəm. Parlamentdə hamının “ikinci ledi” adlandırdığı keçmiş deputatınızdan danışa bilərəm. Bir nazirin əvvəl özünü, sonra ərə verib ərini və ailəsini “optovoy” saxladığı mətbuat ruporunuzdan danışa bilərəm. Mən hələ nikahdankənar uşaq dünyaya gətirən “xanım”larınızdan demirəm…

Əslində, əminəm ki, mənim bu statusumu oxuyanların əksəriyyəti bu qəh…rəmanların adlarını yüz faiz dəqiqliklə təsvirlərin yerinə əlavə edə bilər. Amma, bu, əsla və əsla mənim üslubum və yolum deyil. Mən millətimin haqlarının mücadiləsini aparıram. Sizin məşuqələriniz üçün dövlət resurslarından istifadə etməyiniz, arvadlarınızın, qızlarınızın, gəlinlərinizin “bekarçılıq məşğuliyyətləri” məni ilgiləndirməz. Amma məni bu yola təhrik edəcəksinizsə… mən sizin seçiminizə hörmətlə yanaşmaq zorundayam. Bir şeydən əmin olun: Mən sizdən fərqli olaraq heç kimə böhtan atmayacağam, sizin kimi qıpqırmızı yalanları yox, yalnız və yalnız həqiqətləri söyləyəcəyəm. Həqiqətin isə heç kimin informasiya dəstəyinə ehtiyacı yoxdur. O, özü-özünə yol açmağı bacarır”.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ