SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanlı və erməni deputatlar görşə bilər

Azərbaycanlı və erməni deputatlar görşə bilər
18-04-2017, 14:06 19053 dəfə baxılıb

Azərbaycan ATƏT Parlament Assambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir.
 
Modern.az-ın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.
 
O bildirib ki, bu məqsədlə Milli Məclisin sədri Oqtay Əsədov ATƏT PA-nın sədri Kristine Muttoneni Azərbaycana dəvət edib:
 
"Ümid edirik ki, bu səfər yaxın vaxtlarda gerçəkləşəcək. Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın növbəti görüşü olacaq, orada mən bu dəvəti bir daha xatırladacağam".
 
Azay Quliyev onu da bildirib ki, ATƏT-in Minsk qrupu ölkələrinin ATƏT PA-da təmsil olunan parlamentarilərinin görüşü keçirilə bilər.
 
O deyib ki, Azərbaycan və Ermənistan parlamentarilərin də görüşünə dair ümumi təşəbbüslər var, amma hələlik konkret qərar yoxdur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ