SON DƏQİQƏ

PressDent.Info

AXCP Şəki şöbəsi Gənclər Komitəsi sədrinə 20 sutka həbs verildi

AXCP Şəki şöbəsi Gənclər Komitəsi sədrinə 20 sutka həbs verildi
8-02-2017, 16:57 18444 dəfə baxılıb

Fevralın 7-də saxlanılan AXCP Şəki şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənova bu gün məhkəmə 20 sutka həbs cəzası verib. Samir Həsənov fevralın 7-də Polis İdarəsinə ondan bir gün qabaq həbs edilmiş şöbə sədri İslam Həsənov üçün ərzaq apararkən saxlanılmışdı.

İslam Həsənov da fevralın 7-də məhkəməyə aparılaraq, barəsində 25 sutka həbs qərarı verilib.

Samir Həsənova Polis İdarəsində işgəncə verildiyi və zorla hansısa sənədə qol şəkdirdikləri deyilir.

***

Fevralın 7-də həbs olunan AXCP fəalı narkotik istifadə etməkdə ittiham olunur. Bu haqda AXCP sədr müavini Gözəl Bayramlı feysbuk səhifəsində məlumat yayıb. Məlumatda deyilir:

“İndi aldığım məlumata görə dünəndən Şəki rayon polis idarəsində saxlanan AXCP Şəki rayon şöbəsi GK-nin sədri Samir Həsənova işgəncə altında guya narkotika qəbulu barədə sənədə qol çəkdiriblər. Samir bəy hazırda Şəki Rayon Məhkəməsindədir. Ona qarşı narkotika ittihamı irəli sürüldüyü bildirilir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ