SON DƏQİQƏ

PressDent.Info

Bu həbslər nə bizim mübarizəmizi durduracaq, nə də rejimin çöküşünü

Bu həbslər nə bizim mübarizəmizi durduracaq, nə də rejimin çöküşünü
8-02-2017, 16:57 20706 dəfə baxılıb

Son günlərdə AXCP Şəki şöbəsinə qarşı polis hücumu başlayıb. Şöbənin sədri və Gəbclər Komitəsi sədri həbs olunub, başqa fəallar da təhdid olunur. AXCP sədri Əli Kərimli feysbuk səhifəsində baş verənlərə münasibət bildirib. O, yzaır:

Şəkidəki polis əməliyyatının ilkin nəticələri məlum oldu. AXCP Şəki rayon şöbəsinin sədri İslam Həsənov 25 sutka, AXCP Şəki rayon Gənclər Komitəsinin sədri Samir Həsənov 20 sutka müddətinə həbs edildilər. Siz bunların erməni işğalçıları ilə əldə etdikləri atəşkəsə sədaqətli olmalarına baxmayın (40 gün ərzində şəhid əsgərimizin nəşini dəyişmək üçün bircə nəfər düşmən əsgərini girov götürməyə cəsarət etmədilər), müxalifətlə, xüsusilə gənclərlə savaşları heç dayandırmadılar. AXCP üzvlәri, ölkənin gerçək müxalifətçiləri isə xalqın azadlıq və ədalətə qovuşması naminə öz azadlıqlarını qurban verməyi çoxdan gözə alıblar. Əminliklə deyirəm ki, bu həbslər nə bizim mübarizəmizi durdura biləcək, nə də rejimin labüd çöküşünün qarşısını alacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ