SON DƏQİQƏ

20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.

23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

PressDent.Info

“Nardaran işi”: hökm oxundu – Taleh Bağırzadə 20 il, Fuad Qəhrəmanlı 10 il, … VİDEO

“Nardaran işi”: hökm oxundu – Taleh Bağırzadə 20 il, Fuad Qəhrəmanlı 10 il, … VİDEO
25-01-2017, 19:42 40890 dəfə baxılıb

“Nardaran işi” üzrə məhkəmədə hökmün oxunması başa çatıb. Əməkdaşımız xəbər verir ki, məhkəmə Taleh Bağırzadəyə 20, Abbas Hüseynə 20, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verib.

Qalan 15 nəfər 10 ildən 19 ilə qədər azadlıqdan məhrum edilib. Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, Ramin Yarıyevə 10 il, qalan 12 nəfərə isə 14 il 6 ay həbs cəzası kəsilib.


***

«Nardaran işi» üzrə məhkəmə bu gün başa çatır. Hazırda hökm oxunur. 100 səhifədən artıq həcmi olan hökmdən fasiləyə qədər ancaq təqsirləndirilən şəxslər və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan 18 polisin ifadəsi oxunub. Saat 13-dən 14-ə qədər prosesdə fasilə elan olunub.

Vəkillər bildirir ki, polislərin məhkəmədəki ifadələri təhrif olunub, istintaqdakı ifadələr hökmə köçürülüb.

Prosesdə iştirak edən AXCP sədri Əli Kərimli də fasilə zamanı jurnalistlərə bildirib ki, istintaqda hazırlanmış saxta ifadələr hökmə olduğu kimi köçürülüb. O, bunun ən parlaq nümunəsi kimi müavini Fuad Qəhrəmanlının feysbuk statusları barədə hökmdə yazılanları göstərib. Deyib ki, Qəhrəmanlının statuslarında olmayan, amma istintaqda guya yazıldığı uydurulan ifadələr eynilə hökmə də salınıb. Hərçənd, həmin statuslar ortadadır və məhkəmə zamanı da sübuta yetirildi ki, orada istintaqın iddia etdiyi ifadələr yoxdur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ