SON DƏQİQƏ

PressDent.Info

Vəkil NİDA-çı gəncin müdafiəsinə başlayıb

Vəkil NİDA-çı gəncin müdafiəsinə başlayıb
17-01-2017, 16:52 27753 dəfə baxılıb

NİDA Vətəndaş Hərəkatının yanvarın 16-sı saxlanan fəalı Rəhim Vəliyevə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb.

cavad-cavadov-vekil

Halbuki, dünən, yanvarın 16-sı onun 15 sutka həbs cəzası aldığı söylənirdi.

Vəkil qeyd edib ki, qərarı götürüb apellyasiya şikayəti verəcək: «Mən yalnız qərarı gördükdən sonra dəqiq biləcəm ki, ona 30, yoxsa 15 sutka inzibati cəza verilib. Gəncin nədə ittiham edildiyi də bundan sonra bəlli olacaq».
R.Vəliyevin yanvarın 16-sı saxlandığı deyilirdi.

Saxlanılmazdan əvvəl onun yaşadığı mənzildə axtarış aparıldığı söylənirdi.
Verilən məlumatlara görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları onun iştirakı olmadan mənzilində axtarış aparıb, gəncin telefonu və noutbuku götürülüb.

NİDA Vətəndaş Hərəkatı R.Vəliyevin saxlanmasının siyasi motivli olduğunu bəyan edib.

Gəncin saxlanmasına, hələlik, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsindən və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hər hansı münasibət almaq mümkün olmayıb.
Nərimanov Rayon Məhkəməsindən də məsələyə aydınlıq gətirilməyib.

XATIRLATMA

Dünən yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA Vətəndaş Hərəkatının başqa bir üzvü Elgiz Qəhrəmanı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Həmin gənc CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə ittiham edilirdi. Elgiz Qəhrəman ittihamı qəbul etmir, ona şər atıldığını bildirir.

NİDA Vətəndaş Hərəkatının bundan əvvəl də bir neçə fəalı həbs edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ