SON DƏQİQƏ

PressDent.Info

Yaqland Ermənistanı Azərbaycan əsgərinin cəsədini qaytarmağa çağırıb

Yaqland Ermənistanı Azərbaycan əsgərinin cəsədini qaytarmağa çağırıb
12-01-2017, 17:39 29928 dəfə baxılıb

Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədinin qaytarılmasına çağıran bəyanatı yayılıb.

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub.

Baş katib dekabrın 29-da baş vermiş hadisənin ölümlə nəticələnməsindən və Ermənistan silahlı qüvvələrinin həlak olmuş Azərbaycan əsgərinin cəsədini hələ də saxlamaqda davam etməsindən məlumatlı olduğunu bildirib.

T.Yaqland tərəfləri atəşkəsə əməl etməyə çağırıb və ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq cəsədin təxirə salınmadan qaytarılması ilə bağlı tələbini tam dəstəklədiyini qeyd edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ