SON DƏQİQƏ

PressDent.Info

Mehman Hüseynovdan oğruların qisasını alırlar

Mehman Hüseynovdan oğruların qisasını alırlar
10-01-2017, 16:53 27579 dəfə baxılıb

AXCP sədri Əli Kərimli facebook səhifəsində gənc blogger Mehman Hüseynovun həbsindən yazıb. Yazını təqdim edirik:

Mehman Hüseynovdan onun ifşa etdiyi oliqarxların qisasını alırlar. Dövlət hakimiyyəti rəsmən oliqarxların, büdcə oğrularının keşiyində durur. Dövləti o qədər kiçildib, gülünc günə qoydular ki, indi bu boyda dövlət aparatı gənc blogger Mehman Hüseynovun şərlənməsi üçün səfərbər edilib.

Mehman Hüseynovu şərləyib həbs etmək əvəzinə, düşünün ki, niyə xalq bu gənc bloggeri bu qədər sevir? Və başa düşün ki, xalq sizlərin oğru olduğunuzu onsuz da bilir. Mehmanla da, Mehmansız da sizlərin böyük əksəriyyətinizin büdcə oğrusu olduğunuzu, azğın və dəbdəbəli həyat tərzi keçirdiyinizi bilir xalq. Sadəcə Mehman bəy xalqın onsuz da bildiklərini əyani şəkildə, faktlarla çəkib göstərir. Mehman Hüseynovun həbsi sizləri ifşalardan qorumayacaq. Hər gün, hər addımda ifşa olunacaqsınız, oğrular!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ