SON DƏQİQƏ

PressDent.Info

Əməkdaşımızı polis axtarır...

Əməkdaşımızı polis axtarır...
23-05-2016, 17:20 24795 dəfə baxılıb

Sosial şəbəkələr vasitəsi ilə hakimiyyəti köşə yazıları ilə ciddi tənqid edilməsi, hakimiyyət orqanların narahat etdiyindən, qarşısını almaq üçün repressiv metodlar işə salınıb. Müxalifətçilər, jurnalistlər və yazarlar həbs olunaraq qondarma cinayət məsuliyyətinə cəlb olunub, ya inzibati qaydada cəzalandırılıb ya da hakimiyyətin repressiya aparatından canını qurtarmaqdan ötəri ölkəni tərk etmək zorunda qalıblar.

 

PressDent qəzetinin jurnaıisti Samir Baxşalıyev  ölkəni tərk etsə də, dəfələrlə onun yaşadığı evə naməlum telefon zəngləri olunaraq onun harada olması ilə maraqlanmışlar. Ailə üzvlərindən  bizə verilən məlumata görə, onun ölkədə olmadığını bildirsələr də, həmin şəxslər Samirin ailə üzvlərini onu gizlətməkdə ittiham ediblər və həbslə hədələyiblər. Bu hadisələrdən Samirin ailə üzüvləri hər şeyin bitdiyini düşünsədə ötən günlərdə baş verən hadisə onları sözün əsl mənasında şoka salıb. Belə ki, 23 may 2016-cı il  tarixində   axşam vaxtlarında hüquq mühafizə orqanları mənzilə zorakılıqla soxularaq bildiriblər ki, onlara Samirin tapılmasını tapşırıblar. Həmin şəxslər Samiri evdə tapa bilmədiklərinə görə onun Ailə üzvlərinə nalayiq ifadələr işlədərək və təzyiq edərək onun yerini deməyi tələb etmişlər. Samirin ailə üzüvləri ağır psixoloji sarsıntı keçirmişlər və hal-hazırda da həyatları böyük təhlükə altındadır. Onlar bu təzyiqlərin son olacağını güman etmirlər. Bu təzyiqlər hələ də davam etməkdədir. 

 

Samir Baxşalıyev sosial şəbəkələr vasitəsi ilə hakimiyyəti dəfələrlə köşə yazıları ilə ciddi tənqid etmişdir. Sözsüz ki, həmin dönəmdə Samir Baxşalıyev ölkəni tərk etməsəydi, saxta ittihamla cinayət məsuliyyətinə cəlb olunaraq dəmir barmaqlıqlar arasına salınacaqdır.  

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ