SON DƏQİQƏ

PressDent.Info

Həbsdə olan jurnalist səhhətindən şikayətçidir

Həbsdə olan jurnalist səhhətindən şikayətçidir
14-11-2016, 17:46 18270 dəfə baxılıb

Seymur Həzinin səhhətindəki problemlər artmağa başlayıb”- bu barədə onun xanımı Nigar Həzi “Facebook” səhifəsində yazıb. O bildirib ki, 13 noyabrda həyat yoldaşı ilə telefonla danışıb. Seymur Həzi deyib ki, revmatizm ağrıları şiddətlənməyə başlayıb. “Ancaq 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi müayinə üçün onu xəstəxanaya göndərmir” – Nigar Həzi bildirib.
 
Onlar bu həftə Seymur Həzinin xəstəxanaya göndəriləcəyini gözləyiblər, amma bu, baş verməyib. Seymur Həzi bildirib ki, onun səhhətində baş verən ağırlaşmaların məsuliyyəti hakimiyyətin üzərindədir.
 
İş günü olmadığından Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
 
Seymur Həzi “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” verilişinin redaktoru və aparıcısı işləyib. O, 2014-cü ilin avqustun 30-da həbs edilib. Jurnalist xuliqanlıqda ittiham olunaraq Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.
 
Seymur Həzi bu ittihamı qondarma adlandırıb və həbsini hakimiyyəti tənqid edən yazıları və çıxışları ilə əlaqələndirib.
 
“Amnesty İnternational” təşkilatı Seymur Həzini “vicdan məhbusu” kimi tanıyıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ