SON DƏQİQƏ

PressDent.Info

Büdcə layihəsi deputatlara niyə verilmir?

Büdcə layihəsi deputatlara niyə verilmir?
28-10-2016, 16:29 11919 dəfə baxılıb

Rövşən Ağayev

Azərbaycan parlamentinin nə dərəcədə hüquqsuz bir təsisata çevrilməsinin bariz nümunəsi dövlət büdcəsi ilə bağlı müzakirlərin xarakteri və dövriliyidir.
Büdcə sistemi haqqında qanuna görə oktyabrın 15-dək büdcə layihəsi parlamentə daxil olmalıdır və hər il də məlumat verirlər ki, bu təqvimdə daxil oldu.
Amma qanunvericilikdə dəqiq normalar yoxdur ki, bu sənədlər Parlamentin binasına daxil olandan sonra neçə gün ərzində deputatlara paylanmalıdır. Ayın 15-də büdcə zərfi bu quruma təqdim edilib, amma üstündən 2 həftə keçsə də deputatlarda yoxdu o sənədlər. Halbuki 3-5 günə müzakirələr başlayacaq. Az qala 1500-2000 səhifə büdcə sənədlərini sadəcə vərəqləmək üçün azı 5-10 gün zaman lazmdı. Dərindən öyrənmək və araşdırmaq üçün isə bundan daha çox.
Bilirəm, çoxu düşünür ki, deputatların əksəriyyəti onsuz da həmin sənədlərə gözünün ucu ilə baxmır. Haqlı yanaşmadı, amma baxmayanların bir hissəsi heç olmasa bu informasiyaları mediaya verir, vətəndaş cəmiyyəti də o məlumatların hesabına insanları büdcə ilə bağlı maarifləndirmək üçün bir az artıq vaxt qazanır..
Məlumat üçün deyim ki, əvvəlki illərdə bir qayda olaraq büdcə zərfi oktyabrın 26-27-dən gec olmyaraq deputatlara paylanmışdı. Bu il noyabrın əvvələrindən tez verilməyəcəyi bildirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ