SON DƏQİQƏ

PressDent.Info

"Qarabağa muxtar respublika statusu verilməsini istisna etmirik"

19-10-2016, 00:52 13485 dəfə baxılıb

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağa muxtar respublika statusu verilməsini mümkün hesab edir. O, bu barədə "Ria Novosti"yə müsahibəsində deyib.
 
"Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmarıq. Lakin yerli idarəetmə ilə bağlı güzəşt ola bilər. Əgər gələcəkdə razılaşsaq, Qarabağ muxtar respublika ola bilər. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məntiqli güzəşt mümkündür, region muxtar respublika ola bilər. Bunun üçün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, həyati fəaliyyəti, özünüidarə hüququ, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi təmin edilməli, Dağlıq Qarabağ muxtar vilayəti ətrafındakı ərazilər azad edilməlidir. Bax, biz münaqişənin həllini belə görürük" - deyə İlham Əliyev bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ