SON DƏQİQƏ

PressDent.Info

Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlar başlayıb

Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlar başlayıb
14-10-2016, 18:57 10875 dəfə baxılıb

Görüşdə insan haqları və demokratiya məsələləri də geniş müzakirə edilib. Bu barədə məlumatı Avropa Xarici Siyasət Xidmətinin saytı yayıb

12-13 Oktyabrda Avropa Birliyi və Azərbaycan Respublikası Bakıda Ədalət, Azadlıq, Təhlükəsizlik, İnsan Haqları və Demokratiya üzrə Alt Komitənin iclasını keçirib.

Alt Komitədə Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələr bir çox mövzuları əhatə edib: insan haqlarının mühafizəsi; konstitusiya dəyişiklikləri; seçki və seçki sistemi; ifadə və informasiya azadlığı; sərbəst toplaşma və təşkilat azadlığı, vətəndaş cəmiyyətinin fəaliyyəti də daxil olmaqla. Avropa Birliyi və Azərbaycan Respublikası BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində insan haqları üzrə əməkdaşlığı da müzakirə edib.

İclasa hazırlıq ərəfəsində Avropa Birliyi nümayəndəliyi Azərbaycan QHT-lərinin təmsilçiləri və ölkədəki beynəlxalq partnyorları ilə də görüşüb.

Avropa Birliyi bildirib ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində fəaliyyət göstərən alt komitələrin fəaliyyətinin bərpasını alqışlayır və 1996-cı il razılaşmasını əvəz edəcək yeni razılaşma barədə Azərbaycanla danışıqların başlamasını səbirsizliklə gözləyir.

Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa Birliyi nümayəndəliyinə isə Avropa Xarici Siyasət Xidməti Şərq Tərəfdaşlığı İkitərəfli Hərəkatının sədri Dirk Skvebel rəhbərlik edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ