SON DƏQİQƏ

PressDent.Info

Hakimiyyət müxalifətlə “bandotdel”in dili ilə danışır

Hakimiyyət müxalifətlə “bandotdel”in dili ilə danışır
14-10-2016, 18:55 10005 dəfə baxılıb

Bu çağırış və hədələr ölkə başçısının söz azadlığı haqqında dediklərini darmadağın edir

Ölkə başçısı İlham Əliyev hər dəfə beynəlxalq tribunadan danışanda, müşavirəlrədə nitq söyləyəndə ölkədəki azadlıqlardan ağız dolusu danışır. Hər dəfə inandırmağa çalışır ki, Azərbaycanda söz azadlığı, internet azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı var.
Fakt isə bundan ibarətdir ki, ölkənin yeganə müstəqil qəzeti qapadılıb, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı rəsmən internet fəaliyyətinə görə həbs olunub, razılaşdırılmış mitinqdə iştirak edən yüzlərlə vətəndaş polis bölmələrinə çağırılıb və.s
Bəli, 2016-cı ildə Azərbaycanda kobud şəkildə bütün azadlıqlar pozulur. Əvvələr bunu gizlətməyə çalışsalar da indi açıq şəkildə ölkədə avtoritarizm küləyinin əsdiyini, qanunların kağız parçasına çevrildiyini təsdiqləyirlər. Vəziyyət o həddə çatıb ki, müxalifət funksionerlərini ard-arda “bandotdel”ə çağırırlar. Yəqin ki, “Referendumdan sonra islahatlar aparılacaq” deyiləndə, müxalifəti sıradan çıxarmağı nəzərdə tuturmuşlar.
Belə ki, ötən gün Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri, AXCP Ali Məclisinin sədri “bandotdel”ə çağırılıb. Ən dəhşətlisi budur ki, bu adamlardan fəaliyyətlərinə karrektə etmələri, həbsdə olanları müdafiə etməmələri, yazılarında tənqidin dozasını azaltmaqları tələb olunur. Ölkə elə eybəcər vəziyyətə düşüb ki, “bandotdel” siyasətçilərə siyasi davranış qaydalarını öyərdir. Açıq şəkildə deyirlər ki, haqsızlığa göz yumun, şərlənmiş insanları müdafiə etməyin, ölkədəki eybəcərliklərdən danışmayın. Həm də bu tələbləri hökumtə alternativ olan bir qüvvənin üzvlərinə deyirlər. Göründüyü kimi İlham Əliyevin öyündüyü internet azadlığı da imitasiyadır. Əgər tanınmış ictimai-siyasi xadimlərə absurd tövsiyyələr verilirsə, sadə vətəndaşın hansı qanusuzluqlarla üzləşdiyini təsəvvür etmək çətin deyil.
Öz çatışmazlıqlarını düzəltmək əvəzinə, güzgünü sındırmaqla məşuldular. Təbii ki, baş verənlərdən beynəlxaql aləm, ölkədəki səfirliklər, hüquq müdafiə təşkilatları da xəbərdardı. Bütün bu qurumlar başa düşməlidir ki, Azərbaycan hökumətinin islah olmaq fikri yoxdur. Qarşıdakı mərhələdə sosial-iqtisadi vəziyyətin daha da pisləşcəyini bildikləri üçün, narazı xalqı arxasınca apara biləcək qüvvəni zəiflətmək istəyirlər. Hələ də hökumət başa düşmür ki, bu hədə-qorxular, həbslər, təhdidlər nəticəni dəyişmir. Əksinə, cəmiyyətdə nifrət hissini daha da qabardır.
İstənilən halda müxalifət funksionerlərinin “badotdel”ə çağırılması rüsvayçılıqdı. Onlara haqlı mövqelərinə görə hədə-qorxu gəlinməsi isə ikiqat rüsvayçılıqdır. YAP hakimiyyəti ancaq rüsvayçılıq siyasəti yürütməkdə səriştəlidir. Amma müxalifətlə “bandotdel”in diliylə danışmaq cəhdi də uğursuz olacaq. Çünki, hökumətin dilindən çıxan heç bir söz cəmiyyətdə legitimlik qazanmır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ