SON DƏQİQƏ

PressDent.Info

Qiyas İbrahimovun məhkəməsi olub

Qiyas İbrahimovun məhkəməsi olub
12-10-2016, 19:14 48372 dəfə baxılıb

Apellyasiya Məhkəməsi vəkilin qanunsuz axtarışla bağlı şikayətini təmin etməyib

Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun gənc fəal Qiyas İbrahimovun üzərində və yaşadığı evdə qanunsuz axtarış və götürmə aparılması üzrə şikayətinə baxılıb. Hakim Həsən Əhmədov vəkilin şikayətini təmin etməyib. Bu haqda E.Sadıqov “facebook” səhifəsində yazıb.

“Nizami rayon Məhkəməsinin 27 setyabr tarixli qərarı dəyişdirilmədən saxlanıldı”,- deyə vəkil bildirib. O, yazıb ki, bu iş üzrə də Avropa Məhkəməsinə şikayət göndərəcəklər.

Elçin Sadıqov Qiyas İbrahimovun prosesdə iştirak etdiyini, onun səhhətinin normal olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram, onunla birlikdə saxlanılan Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.
Xətai rayon Məhkəməsi hər iki gənc fəal barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Qiyas İbrahimov məhkəmədə Heydər Əliyevin abidəsi ətrafında şüar yazdığına görə həbs olunduğunu deyib.

Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.

Qiyas İbrahimov və Bayram Məmmədovdan buna görə Heydər Əliyevin abidəsi qarşısında istəmək tələb olunub. Etiraz edən gənclər işgəncəyə məruz qaldıqlarını bildiriblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ