SON DƏQİQƏ

PressDent.Info

Faiq Əmirov ev dustaqlığına buraxılmadı Yenilənib

Faiq Əmirov ev dustaqlığına buraxılmadı Yenilənib
12-10-2016, 19:07 8874 dəfə baxılıb

Bu gün Nəsimi Rayon Məhkəməsində “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.  Qapalı keçirilən məhkəmə iclasında Faiq Əmirli özü də iştirak edib.
Məhkəmə barədə jurnalistlərə məlumat verən vəkil Aqil Layıcov bildirib ki, müdafiə tərəfinin tutarlı arqumentlərinə baxmayaraq, hakim Şəlalə Həsənova vəsatəti təmin etməyib. Bu qərardan apellyasiya şikayəti veriləcək.
Vəkil Faiq Əmirlinin ailə üzvlərilə görüşünə imkan verilməməsi məsələsini də qaldırıb.

Vəkilin sözlərinə görə, Faiq Əmirlinin ailə üzvlərilə görüşünə qadağa qoyulması məsələsi də qaldırılıb. Müstəntiq deyib ki, onun yaxınları ilə görüşünə prokurorluq tərəfindən heç bir məhdudiyyət qoyulmayıb: “Belə çıxır ki, məhdudiyyəti Penitensiar Xidmət qoyub. Dünən istintaq təcridxanasının rəhbərliyi Faiq Əmirlini qəbul edib və yaxınları ilə görüşün qadağan olunmadığını bildirib. Deyiblər ki, sabah ailə üzvlərin gəlsin. Biz də məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət eləmişdik. Amma bu gün heç bir səbəb olmadan görüşə imkan verməyiblər. Əgər prokurorluğun məhdudiyyəti yoxdursa, belə çıxır ki, Ədliyyə Nazirliyi bürokratik əngəl yaradır”.
Vəkil əlavə edib ki, Faiq Əmirli barəsində həbs-qətimkan tədbiri seçiləndən bəri onunla bağlı heç bir istintaq hərəkəti aparılmayıb.

 Faiq Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Prokurorluq onu hazırda Fətullah Gülənin tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edir.
F.Əmirli isə bu ittihamların absurd olduğunu bildirib, imam kimi təqdim olunmasını gülüşlə qarşılayıb. O, siyasi sifarişlə həbs olunduğunu, barəsindəki cinayət işinin də qondarma olduğunu bəyan edib.

***

Bu gün saat 15.00-da Nəsimi rayon Məhkəməsində “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsinə dair şikayətinə baxılacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ