SON DƏQİQƏ

PressDent.Info

İlham Əliyev Putindən Ermənistana “İsgəndər” verilməsi barədə niyə soruşmayıb?

İlham Əliyev Putindən Ermənistana “İsgəndər” verilməsi barədə niyə soruşmayıb?
7-10-2016, 17:39 11745 dəfə baxılıb

Oktyabrın 7-də prezident İlham Əliyevin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti olub.

Azərbaycan dövlət başçısının mətbuat xidməti bildirib ki, İ.Əliyev Vladimir Putini doğum günü və Rusiyada keçirilən parlament seçkilərində “Единая Россия” Partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Öz növbəsində, V.Putin sentyabrın 26-da keçirilmiş referendumun nəticələri ilə bağlı İ.Əliyevi təbrik edib, bunu xalqın hakimiyyətin kursunu dəstəkləməsi kimi qiymətləndirib.

Tərəflər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.

Mətbuat xidmətinin məlumatından belə təəssürat yaranır ki, Rusiya prezidentinin niyə Ermənistana pulsuz “İsgəndər” raket sistemi verməsi Azərbaycanın dövlət başçısını maraqlandırmır. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ