20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.
23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.
13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov
16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq
10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
Akif Çovdarovdan zərər çəkənlərin adları bilindi
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişlərin və şahidlərin adları məlum olub.
İş üzrə zərərçəkmiş şəxslərin siyahısında “8-ci km” bazarının keçmiş sahibi Səfərov Cəfər Qürbət oğlu, onun qardaşı Səfərov Salman Qürbət oğlu, Əzimov Akif Mirzə oğlu, Novruzov Əyyub İsmayıl oğlu, Qurbanov Şahmar Sərdar oğlu, “Real” MTK tikinti şirkətinin həbsdə olan rəhbəri İlham Qasımov, onun oğlanları Nurlan və Lətif, onun qardaşı İslam Qasımov, Mirzəyev Tahir Əliş oğlu, Orucov Namiq Xudakərim oğlu, Quliyev Gülağa Məhərrəm oğlu, İbrahimov Tofiq Telman oğlu (Rusiya Federasiyasında yaşayır), “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov şəriklərindən biri olduğu deyilən, hazırda həbsdə olan biznesmen Quliyev Azər Cəlil oğlu, İmanov Şehman Məlik oğlu, Tağıyev Sədiyar Mübariz oğlu, Aşurbəyov İlqar Əziz oğlu, MTN-nin sabiq əməkdaşı Rəcəbov Tofiq Zəbulla oğlu, Bakı Metropolitenin keçmiş sədri Tağı Əhmədov, onun qardaşı oğlu Şövqü Əhmədov, onların qohumları Elşən Tağıyev, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Şükürov Əşrəf Xancan oğlu, Kürdəmir RİH-in keçmiş başçısı Məlikov Fəxrəddin Süleyman oğlu və digərlərinin adları var.
Milli təhlükəsizlik nazirinin müavini olmuş general Hilal Əsədov, onun həyat yoldaşı Nüşabə Əsədova, Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızı Aidə Çovdarova, Akif Çovdarovun qohumu olduğu bildirilən Qulu Cəfərov və digərləri isə sözügedən cinayət işi üzrə Sabunçu rayon Məhkəməsində keçirilən prosesə çağırılaraq şahid qismində ifadə verəcəklər.