SON DƏQİQƏ

PressDent.Info

Hakim 2 vəkillə bağlı Vəkillər Kollegiyasına şikayət etdi

Hakim 2 vəkillə bağlı Vəkillər Kollegiyasına şikayət etdi
27-09-2016, 20:37 14529 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov vəkillər Cavad Cavadov və Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib.

E.Sadıqov səbəbi aşağıdakı şəkildə izah edib:

“Əlövsət Abbasov müdafiəçisi olduğumuz təqsirləndirilən şəxslər Taleh Bağırov və digərlərinin Abbas Hüseynovun məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatətlərini müdafiə etdiyimiz üçün bütün vəkillərin barəsində Vəkillər Kollegiyasına şikayət göndərib.

Qanunvericiliyin tələbinə görə müdafiəçi müdafiə etdiyi şəxsin mənafeyinə uyğun hərəkət etməlidir. Bizdən qanuni əməlimizə görə şikayət edilib. Bu üsulla bizi müdafiə etdiyimiz şəxslərin maraqlarına uyğun deyil ittihamın və məhkəmənin maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər”.

E.Sadıqov deyib ki, bu, vəkillərin fəaliyyətinə, müstəqilliyinə, dönməzliyinə edilən qəsddir:

“Aidiyyəti qurumlardan xahişimiz odur ki, bizim fəaliyyətimizə görə edilən təqib edilən təqiblərə son qoyulmasına göstəriş versinlər”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ