SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Neft pullarının 77 faizi xərclənib

Neft pullarının 77 faizi xərclənib
20-09-2016, 18:28 29319 dəfə baxılıb

Azərbaycan Əsrin Müqaviləsindən 150 milyard dollardan çox qazanıb. Hazırda bunun 23 faizi yığımdadır, 77 faizi isə xərclənib.

Bu haqda iqtisadçı Qubad İbadoğlu açıqlama verib. Ekspert 22 il bundan öncə, bu gün Azəri-Çıraq-Günəşli yatağının istismarı məqsədilə xarici şirkətlərlə Azərbaycan hökumətinin imzaladığı ilk və son böyük hasilatın pay bölgüsü sazişinin ildönümündən söz açıb:

“Ötən 22 ilə nəzər salanda və bu sazişdən Azərbaycanın qazancları deyəndə ilk növbədə neft dollarları göz önünə gəlir. Neft dollarları sırasında önə karbohidrogen resurslarının (neft, qaz, kondensat) birbaşa satışından əldə etdiyimiz valyuta gəlirləri çıxır.

Dövlət Neft Fondunun (DNF) ötən il üzrə hesabatından görünür ki, 2001-2015-ci illərdə bu məhsulların ixracatından Fondun gəlirləri 124,9 milyard dollar və yaxud son hər il orta hesabla 6,6 milyard dollar olub. Bu isə o deməkdir ki, DNF son 15 ildə neftdən hər gün 18 min 265 dollar, hər ay isə 555 milyon 555 min dollar vəsait qazanıb. Bu, yalnız DNF-nin birbaşa qazancıdır.

Bundan əlavə, 2010-2015-ci illərdə Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 2,4 milyard manat qazanc təşkil edib. 2006-2015-ci illərdə ARDNŞ və BP hərəsi 12 milyard manata qədər dövlət büdcəsinə neft gəlirləri ödəyib. Beləliklə də Azəri-Çıraq-Günəşli yatağının istismarından Azərbaycan dövləti 150 milyard dollardan çox qazanıb. Hazırda bu vəsaitin 23 faizi, 35 milyard dolları DNF-nin aktivləri kimi dünya maliyyə və əmlak bazarlarında yerləşdirilib”.

Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin – Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanının 13 məşhur neft şirkəti arasında müqavilə imzalanıb.

Bu müqavilə ilə AÇG-də hasil edilən neft Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir.

AÇG-də hazırda BP (35,8%), SOCAR (11,6%), “Chevron” (11,3 %), “Inpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8 %), “Itochu2 (4,3%), “ONGC Videsh Ltd.” (2,7 %) paya malikdir.

Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il 20 sentyabr ölkədə neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər günü kimi qeyd olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ