SON DƏQİQƏ

PressDent.Info

ADP fəalı Anar Sultanov döyülüb

ADP fəalı Anar Sultanov döyülüb
15-12-2015, 17:23 44196 dəfə baxılıb

Polis və mülki geyimli şəxslər tərəfindən zorakılığa məruz qalan, təqib, təzyiq və həbslə təhdid olunan Aktual Xəbər qazetinin baş redaktoru və ADP fəalı   Anar Sultanov 15  dekabr  tarixində günorta saatlarında naməlum şəxslər tərəfindən döyülüb. Belə ki, A.Sultanov günorta saatlarında Binəqədi rayonunda görüşə getdiyi zaman 2-3 nəfər idmançı  görkəmli şəxslər ona yaxınlaşıb nəyə görə höküməti tənqid etdiyini soruşmuşlar. ADP-ın aktiv üzvü  A.Sultanov onun hüququ  olduğunu, buna görə kiməsə hesabat verməli olmadığını bildirmiş və həmin şəxslərin kimliyini soruşmuşdur. Həmin şəxslər isə A.Sultanovu nalayiq ifadələrlə təhqir etməyə  başlamış. Onların bu hərəkətlərinə reaksiya verən ADP fəalına qarşı həmin şəxslər hücum edib döyməyə başladılar, “başıva elə oyun açarıq, digər dostların kimi səni də  şərləyib türməyə basacağıq” deyə təhdid edirdilər. Naməlum şəxslər həmçinin ADP fəalından təmsil olunduğu partiyadan istefa verməyi və siyasi fəaliyyətini dayandırmağı  tələb edirdilər. Ətrafda olan insanlar baş vermiş hadisənin səs-küyünə gələrək gənc fəalı həmin şəxslərdən müdafiə etməyə başladılar.  Toplaşan insanların çoxluğuna görə  həmin şəxslər hadisə yerindən qaçaraq uzaqlaşmışdılar. 

Bir az sonra özünə gələrək  feal gənc Bakı şəhərinin 9 saylı poliklinikasına müraciyət etmişdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ