SON DƏQİQƏ

PressDent.Info

Jurnalist Anar Sultanov prokurorluğa çağırılıb...

Jurnalist Anar Sultanov prokurorluğa çağırılıb...
21-10-2015, 10:07 6177 dəfə baxılıb

Aktual xəbər qazetinin baş redaktoru və ADP-ın aktiv üzvü Anar Sultanov Bakı şəhəri Prokurorluğuna çağırılıb. Prokurorluğda gənc fealı nalayiq söyüşlərlə və təmsil olunduğu partiyanı təhqir etməyə başladılar. Daha sonra üç nəfər şəxs A.Sultanovu digər otağa aparıb döyməyə başladılar. Məlumata görə  jurnalistin yaxınları, ailəsi barədə prokurorluğda  məlumat toplamışdılar. “Lazım olsa  həm səndə həmdə qohumlarında narkotik taparıq” deyə  hədələyirdilər. Bir daha belə tənqidi yazılar aşkarlansa cəzalandırma daha sərt şəkildə  keçəcəyini vurğuladılar. Hətta siyasi fəaliyyətçini öldürüb dənizə atacaqlarını da deyirdilər. 

Müstəntiqin tələbi o idi ki, jurnalist Sultanov feysbuk profilini və onlayn qazetini bağlasın, təmsil edən partiyadan imtina etsin, höküməti ifşa edən yazaları silib birdə heç yerdə yerləşdirməsin. Prokurorluğda   zorakılığa işgəncələrə məruz qalan, kobutluqla üzləşən A. Sultanovu təzyig altında xəbərdarlığı qəbul edib altından qol çəkməyi  məcbur etdilər.

Diskriminasiyaya təzyiglərə baxmayaraq Aktual xəbərin baş redaktoru A. Sultanov öz fəaliyyətindən, Demokratik partiyasından heç bir zaman  imtina etməyəcəyini, hökümətə qarşı tənqidi fikirlərini hər zaman və hər yerdə işiqlandıracağını vurğulayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ