SON DƏQİQƏ

PressDent.Info

Polisdə Əvəz Zeynallıya ölən jurnalistləri xatırladıblar

Polisdə Əvəz Zeynallıya ölən jurnalistləri xatırladıblar
4-09-2016, 14:31 12876 dəfə baxılıb

«Allah eləməsin, sənin bir daha həbs olunmağını heç kim istəmir».

Sentyabrın 3-də polis bölməsinə dəvət olunan jurnalist Əvəz Zeynallıya onu qəbul edən sahə müvəkkili Nadir Abbasov belə deyib.

Bu haqda bölmədən çıxdıqdan sonra Ə.Zeynallının özü məlumat verib.

Polis bölməsində Ə.Zeynallıya indiyədək vəfat etmiş jurnalistlərin taleyi də xatırladılıb: «Mən görüşdə sözlə işlədiyimi, yazmağın mənim işim olduğunu vurğuladım. Bu zaman mənə sözlə məşğul olanların ağır taleyə düçar olduğunu bildirdilər».

Ə.Zeynallı bildirib ki, görüşün əsas məqsədi barədə ona aydın izah verilməyib: «Mən il yarımdır həbsdən çıxmışam. Sahə müvəkkili bildirdi ki, ağır cinayət törətməkdə məhkum edilmiş şəxsləri davamlı nəzarətdə saxlamaq onların işidir. Eyni zamanda yeni təyin edildiyini, tanış olmaq, söhbət üçün dəvət etdiyini bildirdi» (azadliq.org).

Ə.Zeynallı feysbuk səhifəsində paylaşdığı qeydində isə onunla aparılan söhbəti özünə qarşı təhdid kimi qiymətləndirib:

“4-cü polis bölməsinin sahə müvəkkili Nadir Abbasovla görüşdüm. Sakit, sadə, səsinin tonu aşağı bir polis mayorudur. Mənə elə gəldi ki, məni niyə çağırdığını unudub. Nə soruşdum, “özün bilirsən” dedi. Mənə bir daha həbsxanaya düşməməyi, bir də elə işlərlə məşğul olmamağı tövsiyə etdi. “Hansı işlərlə” dedim, “yox, elə-belə dedim” dedi. Söz adamı olduğumu, sözlə mübarizə apardığımı dedim. “Söz adamları da gedirlər” dedi. “Hara” dedim, Nəcəf Nəcəfovun, Elmar Hüseynovun adını çəkdi. “Məni təhdidmi edirsiniz?” dedim, “yox, mən sadəcə səninlə tanış oluram” dedi. Beləcə, niyə çağırıldığımı bilmədim, amma çox ciddi mesajlar aldım. Deməli, niyə çağırıldığımı, nə düşündüklərini, nə etdiyimi – hamısını özüm bilməliyəm. Ziyalı olduğumdan, heç kimə bənzəmədiyimdən, hər şeyi özümün anlamalı olduğumdan danışdı və… çıxdım.
Bunu çox ciddi mesaj və xəbərdarlıq olaraq qəbul edirəm. Hətta mərhumların adlarının çəkilməsini təsadüf hesab etmirəm. Mən hər şeyi anladım. Mesajlarımı aldım.

***

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.

Bu haqda Əvəz Zeynallı “facebook” səhifəsində məlumat verib.

“Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar”, – Əvəz Zeynallı bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ