SON DƏQİQƏ

PressDent.Info

«Bu həbs siyasi hakimiyyətin quramasıdır»

«Bu həbs siyasi hakimiyyətin quramasıdır»
22-08-2016, 20:17 20184 dəfə baxılıb

«Faiq Əmirliyə irəli sürülən ittiham absurddur. O, dini təmayüldən, təriqətdən, məsciddən uzaq adamdır. O, hər zaman «Azadlıq» qəzetindəki işləriylə məşğul olub».

AXCP sədri Əli Kərimli köməkçisi, eləcə də «Azadlıq» qəzetinin texniki direktoru Faiq Əmirliyə avqustun 22-də əlavə ittiham irəli sürülməsini bu cür dəyərləndirir.

Onun sözlərinə görə, məqsəd onu və «Azadlıq» qəzetini təzyiq altında saxlamaqdır: «Məlumatlar var ki, qəzeti də bağlaya bilərlər».

Ə.Kərimli köməkçisinin həbsini «siyasi hakimiyyətin quraması» adlandırır: «Əvvəlcə onu həbs etdilər, maşınına Fətullah Gülənin kitablarını qoydular. Bu işdə tamam rüsvay oldular, bu kitabları maşının yük yerinə qoyanda buna xeyli adam şahid oldu və videomaterial geniş yayıldı. Qənimət Zahidin araşdırması nəticəsində bəlli oldu ki, Faiqi maşınında guya saxladığı üçün ittiham etməyə hazırlaşdıqları bu kitablardan birinin redaktoru indiki baş prokuror Zakir Qaralovun əmisi – Zahid Qaralov YAP-ın Siyasi Şurasının üzvü olub. Başqa kitaba ön sözü isə hakimiyyətə yaxın, seçkilərdə İlham Əliyevin vəkili olmuş Rəşad Məcid yazıb».

Ə.Kərimlinin qənaətincə, normal hakimiyyət «ziyanın yarısından da qayıtmaq xeyirdir» fikri ilə bu absurddan əl çəkməli idi. «Ancaq Faiq bəydən, cəmiyyətdən üzr istəmək əvəzinə ona yeni ittiham irəli sürülüb. O, 168-ci maddəylə ittiham edilir. Guya o, qanunsuz imamlıq edib, insanları hansısa məzhəb ətrafına yığıb, bu zaman da vətəndaşların hüquq və azadlıqlarını pozub. Çox absurd, ağlagəlməz ittihamdır», – AXCP sədri bildirir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ